Avropa Oyunlarının Yunanıstanda və
Finlandiyada yayımı üçün
sazişlər imzalanıb
“Bakı-2015” Əməliyyat Komitəsi I Avropa Oyunlarının Yunanıstanda və Finlandiyada nümayişini təmin etmək üçün yayım sazişləri imzalayıb. Yunanıstanda ictimai yayımın əsas təminatçısı olan “NERIT” (New Hellenic Radio, Internet and Television) televiziyası və onlayn platformaları vasitəsilə birinci Avropa Oyunlarının gündəlik olaraq birbaşa yayımı təmin ediləcək, eyni zamanda möhtəşəm açılış və bağlanış mərasimləri yayımlanacaq.
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan “Yle” isə açılış və bağlanış mərasimlərinin, eyni zamanda gündəlik olaraq yarışların birbaşa yayımını təmin edəcək və qarşılaşmaların ən yaddaqalan məqamlarından ibarət videomaterialları nümayiş etdirəcək. Qurum yerli yayım şirkəti olan “İnternational Sports Broadcasting”in vebsaytı və rəqəmsal platformaları vasitəsilə Oyunların 800 saatlıq birbaşa yayımını da təmin edəcək.
“NERIT” şirkətinin baş
direktoru Piter Mais deyib: “Qədim Olimpiya Oyunlarının vətəni
sayılan Yunanıstan dünyada
tanınan və dəyər verilən zəngin idman tarixinə malikdir. Birinci Avropa Oyunları qitənin
idman tarixində mühüm
məqamdır. Biz Oyunları ölkəmizdə
yayımlayacağımız üçün
fəxr edirik”.
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 7.