“Müasir Azərbaycan teatrı və media: problemlər, perspektivlər”
Fevralın 18-də AMEA Memarlıq və İncəsənət
İnstitutunda “Müasir
Azərbaycan teatrı
və media: problemlər,
perspektivlər” mövzusunda
seminar keçirilib.
İnstitutun teatr, kino və
televiziya şöbəsi
tərəfindən təşkil
olunan tədbiri şöbənin müdiri,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Vidadi Qafarov açaraq teatr və kütləvi media arasında münasibətlərdən
danışıb. Teatr, kino
və televiziya şöbəsinin kiçik
elmi işçisi, teatrşünas Könül
Əliyeva teatr və media münasibətlərinin
müxtəlif aspektləri
barədə məruzə
ilə çıxış
edib.
Müzakirələrdə AMEA Memarlıq və İncəsənət İnstitutunun
əməkdaşları, teatrşünaslar,
teatr xadimləri, aparıcı media orqanlarının
mədəniyyət yazarları
iştirak ediblər. Teatr, kino və televiziya
şöbəsinin böyük
elmi işçisi, Əməkdar incəsənət
xadimi Ayaz Salayev, AMEA Ədəbiyyat
İnstitutunun böyük
elmi işçisi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Aynurə Mustafayeva, “Qobustan” incəsənət
toplusunun baş redaktoru Vaqif Əlixanlı, “Mədəniyyət”
qəzetinin baş redaktor müavini Həmidə Rüstəmova,
“Ədalət” qəzetinin
əməkdaşı Etibar
Cəbrayıloğlu, kulis.az saytının əməkdaşı,
teatrşünas Aliyə
Dadaşova və digər çıxış
edənlər mövzu
ilə bağlı fikirlərini bölüşüblər.
Müasir dövrdə mədəniyyətin
ən müxtəlif sahələrinin əhatəli
şəkildə media qurumlarında
təbliğinin, bu işdə peşəkarlığın
vacibliyi vurğulanıb. Teatr və
media münasibətlərinin hazırkı durumuna nəzər salınıb,
mövcud problemlər
müəyyənləşdirilib və gələcək inkişaf perspektivlərinin
təyin olunmasına cəhd göstərilib.
Qeyd edək ki, bu,
institutun teatr, kino və televiziya
şöbəsinin son bir
il ərzində
keçirdiyi dördüncü
seminardır. Ötən müddətdə
Azərbaycan sirk sənəti, milli teatrın dünəni və bu günü,
müasir Azərbaycan
kinosunun problemlərinə
həsr olunmuş seminarlar təşkil edilib.
Mədəniyyət.- 2015.- 20 fevral.- S. 6.