“Həyatla oyun”un
acı sonu...
Yaradıcılıq fəaliyyətində
maarifləndirmə işinə
hər zaman önəm verən Bakı Uşaq Teatrı paytaxtın Suraxanı, Sabunçu, Nizami, Xətai, Xəzər, Yasamal, Qaradağ, Binəqədi,
Nərimanov, Nəsimi
rayonlarında Gənclər
və İdman Nazirliyinin dəstəyi ilə “Həyatla oyun” tamaşasını təqdim edib. Tamaşanın nümayişindən sonra izləyicilərlə
fikir mübadiləsi aparılıb. Qeyd olunan
rayonların gənclər
və idman idarələrinin, icra hakimiyyətlərinin nümayəndələri
narkomaniyanın və
QİÇS-in sosial fəlakətləri
barədə söz açıblar.
Gənclər və İdman Nazirliyinin 2012-ci ildən davam edən "Sağlam həyat tərzi" layihəsi çərçivəsində Bakı Uşaq Teatrının "Həyatla
oyun" tamaşası
50-dək rayonda, 30-dan çox
ali və orta ixtisas məktəbində
nümayiş olunub. Tamaşanın Səbail, Abşeron rayonlarında və Sumqayıt şəhərində nümayişi
planlaşdırılıb. Mart ayının ilk həftəsində isə
teatr “Həyatla oyun” tamaşası ilə 7 rayonda qastrol səfərində olacaq.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə
Dövlət Komissiyası
və Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın
qələmə aldığı
əsərə İntiqam
Soltan quruluş verib. Narkomaniyaya aludəçiliyin acı nəticələrindən
bəhs edən əsərdə hadisələr
bir qrup tələbə arasında
cərəyan edir.
Mədəniyyət.- 2015.- 20 fevral.- S. 6.