“Şah
və əks-səda”
Lənkəranda balacalar üçün nağıl-tamaşa
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında başqırd yazıçıları Süleyman və Həmdiyyə Lətipovların qələmə aldıqları “Şah və əks-səda” pyesinin motivləri əsasında hazırlanmış nağıl-tamaşanın premyerası olub. Kiçikyaşlı tamaşaçılarda mərdlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər aşılayan səhnə əsərinin quruluşçu rejissoru respublikanın Əməkdar artisti Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Maraqla izlənilən tamaşada əsas
rolları Əməkdar artist Sucəddin
Mirzəyev, aktyorlar Əlibala Əsgərov,
Miraslan Ağayev, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Gülər Kərimova, rəqsləri
isə teatrın nəzdində fəaliyyət göstərən
“Ümid” studiyasının yetirmələri
ifa ediblər.
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 5.