Gəncə Dram Teatrında yeni
səhnə əsəri
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının
yaradıcı kollektivi
yeni səhnə əsəri ilə tamaşaçıların görüşünə
gəlib. Teatrsevərlərə Azərbaycan Yazıçılar
Birliyinin üzvü Şəfa Vəlinin “Bəyaz ölüm” əsəri əsasında
hazırlanmış tamaşa
təqdim edilib.
Teatrın direktoru Əli
Qasımov bildirib ki, əsərdə
narkomaniyaya qarşı mübarizədən
bəhs olunur. Narkotik
istifadə edən gənclərin həyatı, onların
sonrakı taleyi tamaşanın əsas süjet xəttini təşkil edir. Tamaşanın rejissoru
Çinarə Əlizadə, baş
rolların ifaçıları gənc aktyorlar
Kamil Nazimoğlu, Sevinc Hüseynova və Aysel Şərifovadır.
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 5.