Muzey Mərkəzində “5 otaq” sərgisi

 

Fevralın 19-da Muzey Mərkəzinin qalereyasında “5 otaq” adlı müasir incəsənət sərgisi açıldı.

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbir yeni yaradılan, lakin məhsuldar işləyən “Libra” incəsənət qrupunun bir növ hesabat vernisajıdır. Sərgidə beş rəssamın - Malik İsmayılzadə, Namiq İsmayılzadə, Arzu Rzayev, Nazim ŞahAnar Qəmbərlinin əsərləri nümayiş olunur.

Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, son illər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir çox rəssamların sərgisi açılıb. Həmçinin gənc rəssamların tanınması, onların inkişafı üçün bir çox işlər görülübbu sərgi də fərqliliyi ilə yadda qalacaq.

Xalq rəssamı Arif Hüseynov da rəssamların yüksək bədii zövqlə işlənmiş əsərlərinin yer aldığı sərgidən zövq aldığını vurğuladı.

Sərginin müəllifləri adından çıxış edən rəssam Nazim Şah tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Sonra rəsmlərə baxış keçirildi.

Libraart-qrupunun üzvləri tamaşaçıları reallıq və uydurma, insanın daxilionu əhatə edən aləm arasında balansda saxlayır. “Libraqrupunun təsisçisi Mikayıl İsmayılzadənin yaradıcılığında realizmfantastika vəhdət təşkil edir.

Namiq İsmayılzadə ağac və şüşə ilə işləyən rəssam və tətbiqi sənət ustasıdır. OnunArmudlar” əsəri bəzəkli kətan ornamentlə bəzədilmiş zəngin vitrajı xatırladır.

Arzu Rzayevin sərgidə nümayiş olunanParisli xanım”, “Əyalətdən olan oğlan”, “Yaşıl masa” və başqa əsərlərini realist novellalarla müqayisə etmək olar.

Nazim Şah qarışıq texnikada işləyən rəssamdır. Onun qrafika işləri həm zahirən, həm də mənaca çoxplanlı və çoxqatlıdır. “Libra” yaradıcı qrupunun ən gənc nümayəndəsi Anar Qəmbərli tamaşaçıya həyatın özünün portretini təqdim edir.

“5 otaqmüasir incəsənət sərgisi fevralın 21-dək davam edəcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 2.