“Müasirlərlə dialoq

 

Bəstəkarlar İttifaqında “Rast. Niyazifilminin yaradıcı heyəti ilə görüş

 

Fevralın 19-da Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, beynəlxalq və dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuşRast. Niyazi” sənədli filminin yaradıcı heyəti ilə görüş keçirildi.

 

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə bildirdi ki, maestro Niyazinin adı Azərbaycan musiqisi tarixində məxsusi yer tutur. Onun fəaliyyəti musiqimizə dünya şöhrəti gətirib. NiyazininRastsimfonik muğamı dünya musiqisinin ən gözəl incilərindən biridir.

Filmin bədii rəhbəri və prodüseri, Xalq artisti Eldar Quliyev ekran əsərinin tarixi haqqında danışdı. Bildirdi ki, filmin ideyası görkəmli musiqiçinin 100 illik yubileyi zamanı yaranıb: “Həmin vaxt bütün televiziyaları izlədim və belə məlum oldu ki, Niyazinin 100 illiyi ərəfəsində heç bir sənədli film ərsəyə gətirilməyib. Buna görə də belə qərara gəldim ki, film mütləq yaranmalıdır. Filmin ssenarisini İntiqam Qasımzadəyə, rejissor işini gənc rejissor Nona Müzəffərliyə həvalə etdim. Sənədli filmin məhz bir əsər - “Rastsimfonik muğamı üstündə qurulması isə yalnız bir əsərlə qəhrəmanın təqdim edilməsi və bu əsərdə onun böyüklüyünü, xarakterini, fəaliyyətini tərənnüm etməkdir”.

Sonra sənədli film nümayiş olundu. Nümayişdən sonra ssenari müəllifi, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə rejissor Nona Müzəffərli görüş iştirakçılarını maraqlandıran sualları cavablandırdılar. Bildirildi ki, filmin çəkilişləri Azərbaycanda, Türkiyədə Rusiyada aparılıb. Ekran əsərində Niyazinin mənzil-muzeyinin fondundakı sənədlərdən istifadə edilib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 2.