Növbəti səyahət yarmarkası ziyarətçi bolluğu ilə yadda qaldı

 

Fevralın 21-də Bakıdakı “28 Mall” ticarət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə 2-ci Mövsüm Səyahət Yarmarkası keçirildi. Ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın aparıcı turizm şirkətimehmanxana ticarət mərkəzinin 4-cü mərtəbəsində öz stendlərini qurmuşdu. Yarmarkada 8 mart - Beynəlxalq Qadınlar GünüNovruz bayramı münasibətilə turpaketlərlə bərabər əyləncəli proqramlar da təqdim edilirdi.

 

Yarmarkalar ildə üç dəfə keçiriləcək

 

Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev qəzetimizə açıqlamasında bildirdi ki, yarmarka daxili turizmin dəstəklənməsi və təbliği, respublikada fəaliyyət göstərən mehmanxanaturizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə təşkil edilib. İlk səyahət yarmarkasının ötən ilin noyabrında keçirildiyini xatırladan şöbə müdiri qeyd etdi ki, bu tədbirin Yeni il, Novruz bayramı və yay mövsümü ərəfəsində olmaqla, ildə 3 dəfə keçirilməsi nəzərdə tutulur: “Bugünkü yarmarkada iştirakçı sayı ötən dəfəkinə nisbətən çoxdur. Hesab edirəm ki, bu faktın özü mövsüm yarmarkalarının əhəmiyyətini göstərir”.

AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, yarmarkanın keçirilməsinin əsas məqsədi turizm şirkətlərinin marşrutlarını, yeni xidmətlərini təklif etmək, həmçinin insanları turizmə cəlb etməkdir: “Turizm şirkətləri öz xidmətləri haqqında ziyarətçilərə həm şifahi məlumatlar verir, həm də müxtəlif reklam-çap məhsullarını təqdim edirlər. Azərbaycanda turizmin inkişafı üçün belə yarmarkaların mühüm rolu var”.

 

Ziyarətçi və iştirakçı sayı getdikcə artır

 

Həmsöhbət olduğumuz şirkətlərin nümayəndələri belə bir tədbirin keçirilməsini yüksək dəyərləndirdilər.

«Millennium Tourism & Congress» şirkətinin baş direktoru Ruslan Quliyevin sözlərinə görə, ikinci dəfə keçirilməsinə baxmayaraq, yarmarkaya maraq böyükdür: «Belə yarmarkalar dünyanın bir çox ölkələrində təşkil olunurbirbaşa daxili bazara hesablanır. Mövsüm səyahət yarmarkası həm də turizm şirkətlərinin, mehmanxanaların vətəndaşlarla bir növ tanışlığıdır. Bu tədbir hər iki tərəfin marağına xidmət edir: vətəndaşlar istədikləri turpaketləri əldə edə bilirlər, şirkətlər isə öz məhsullarını satırlar. Buna görə də fikrimcə, gələcəkdə səyahət yarmarkası ziyarətçilərinin də, iştirakçılarının da sayı artacaq».

«Greenwich Travel»in getmə turizmi (“Outgoing”) departamentinin müdiri Svetlana Həsənovanın sözlərinə görə, bu tipli yarmarkalar ilk növbədə turizm şirkətlərinin özlərini tanıtmasına, müştərilərin gözündə reytinqlərinin qalxmasına bir vəsilədir: «Bura gələn vətəndaşlarımız təqdim etdiyimiz turpaketlərlə tanış olduqdan sonra bizimlə əməkdaşlıqda maraqlı olurlar. Turizm şirkətlərinin əməkdaşları ofisdə oturub tur satmaqla istədikləri nəticəni əldə edə bilməzlər».

Yarmarkada diqqəti cəlb edən stendlərdən biri «Mandarin Travel»ə məxsus idi. Şirkətin direktoru Ellada Kərimova turizm bazarında yeni olduqlarını ilk dəfə belə tədbirdə iştirak etdikləri söylədi: «Mən özüm turizm sahəsində 15 ildir çalışıram. Təcrübəm əsasında deyə bilərəm ki, belə yarmarkaların böyük əhəmiyyəti var. Şirkətimiz tərəfindən Azərbaycanın bütün regionlarına təşkil etdiyimiz turları təqdim edirik. Tədbir cəmi 1 saatdır başlayıb, artıq bir neçə istiqamətdə turpaketlərimizi satmışıq».

«Vektor Travel» turizm şirkətinin icraçı direktoru Kənan Hənifəyev həm ölkədaxili, həm qonşu Gürcüstan Türkiyəyə turpaketlər təqdim etdiklərini diqqətə çatdırdı. Ötən yarmarkada regionlara çoxsaylı sifarişlər qəbul etdiklərini deyən həmsöhbətim Gürcüstanın Bakuriani bölgəsinə 45 nəfərlik avtobus turu reallaşdırdıqlarını da bildirdi: “Ziyarətçilərin marağını nəzərə alıb bu dəfə maraqlı turlarla gəlmişik. Ümid edirəm ki, bu yarmarkada daha çox turpaket sata biləcəyik».

 

Ziyarətçilər turpaket axtarışında...

 

Səyahət yarmarkasının keçirildiyi ərazi qələbəlik idi. Nigar Hüseynova Binəqədi qəsəbəsinin sakinidir. Dediyinə görə, Kəbəyə getmək istəyir yarmarkaya gəlməkdə məqsədi bu müqəddəs məkana turpaket əldə etməkdir. Paytaxt sakini Elnur Xəzərov isə Novruz bayramı günlərində ailəsi ilə birlikdə Azərbaycanın regionlarından birində istirahət etmək istəyir. Bildirdi ki, yarmarkada turizm şirkətlərinin təqdim etdikləri bir çox turlarla tanış olub, amma hələ seçim etməyib.

Ziyarətçilər arasında xarici ölkə vətəndaşları da vardı. Sofo Tskitishvili Gürcüstanda fəaliyyət göstərən «Good life Tour» şirkətinin satış meneceridir. Azərbaycanda fəaliyyət göstərən «Vektor Travel» şirkətinin təşkilatçılığı ilə Gürcüstanın 20 turizm şirkətinin nümayəndələrindən ibarət bir qrupla ölkəmizdə səfərdə olduqlarını deyən Sofo xanım bildirdi ki, ölkəsində belə tədbirlər nadir hallarda təşkil olunur: «Sizin turizm şirkətlərinizə qibtə etmək olar. Çünki onlar belə yarmarkalarda öz məhsullarını satmaq fürsəti qazanırlar. Azərbaycanda turizm infrastrukturu inkişaf edir, yerli şirkətlərin təqdim etməyə əllərində məhsulları var».

 

Yarmarkada milli geyimlərimiz təbliğ olundu

 

Tədbirdə Mirzə Ələkbər Sabir Fondu da maraqlı bir təkliflə qatılmışdı. Fondun təklifi ilə mədəni irsimizin gözəl nümunəsi olan milli geyimlərimizin təbliği tədbirin mövzuları sırasına daxil edilmişdi.

Fondun prezidenti Sevda Tahirlinin sözlərinə görə, əsas məqsəd milli geyimimizin təbliği, cəmiyyətimizdə, xüsusilə gənclərimizdə milli dəyərlərimizə bağlılıq aşılamaqdır: «Biz milli dəyərlərimizin bir parçası olan geyimlərimizi sevirik, bəyənirik, amma təəssüflər olsun ki, onlar ancaq səhnə həyatı yaşayır. Arzumuz budur ki, bir gün bu milli geyimlərimizi geyinib, cəmiyyət həyatına qatıla bilək».

Onu da qeyd edək ki, yarmarkada gün boyunca ziyarətçilər üçün müxtəlif əyləncəli proqramlar, viktorinalar keçirildi qaliblərə hədiyyələr verildi.

Tədbirin təşkilatçılarından olan «ArtiShok» şirkətinin kreativ direktoru Xatirə Quliyeva dedi ki, uduşlar arasında Azərbaycanın regionlarında yerləşən istirahət mərkəzlərinə bir neçə günlük turpaketlər var: «İstəyirik ki, ziyarətçilər üçün maraqlı yaddaqalan bir tədbir olsun. Oyunlarda turizm şirkətləri iştirak edir, onların da qonaqlara maraqlı hədiyyələri var».

Axşam saat 20-dək davam edən yarmarkada Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının üzvlərinin bir-birindən maraqlı rəqs nömrələri ziyarətçilərə gözəl təəssürat bəxş etdi.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 8.