Turizm Menecment Universitetində italyan dili kursları

 

Fevralın 23-də Azərbaycan Turizm Menecment Universitetində (ATMU) İtaliyanın Dante Alighieri Cəmiyyəti Bakı komitəsinin təşkilatçılığı ilə qurumun təqdimatı olub. Tədris ocağı 2015-ci ilin yanvarından Dante Alighieri Cəmiyyətinin Bakı komitəsi ilə əməkdaşlıq edir. Əldə olunan anlaşmaya əsasən ATMU-da tezliklə italyan dili kursları fəaliyyətə başlayacaq. Eyni zamanda cəmiyyət ATMU İtaliya universitetləri arasında dinamik əlaqələrin qurulmasına, tələbələrin bu ölkədə təcrübə keçmələrinə lazımi dəstək göstərəcək.

Görüş-təqdimat zamanı Azərbaycan TurizmMenecment Universitetinin tələbələrinə cəmiyyətin fəaliyyəti, ölkəmizdə həyata keçirdikləri tədbirlər barədə məlumat verilib.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 8.