Ağdam teatrında “Gecə yarısı
soyğunçuluq”
Ağdam Dövlət Dram Teatrında Miroslav Mitoreviçin “Gecə yarısı soyğunçuluq” tamaşası nümayiş etdirilib.
Səhnə əsərinin quruluşçu rejissoru Sərvər Əliyev, quruluşçu rəssamı Elman Balakişiyev, musiqi tərtibatçısı Azər Şükürovdur. Rolları Cəmilə Məmmədzadə, Afəridə Sabirqızı, Natiq Aslan, Elşən Cavadov, Nizami Ələkbəroğlu və başqaları ifa ediblər.
Teatrın direktoru
Məhəmməd Hüseynov bildirib ki, bu
il Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”,
Şarl Perronun “Sehrbaz qadın”, Üzeyir
Hacıbəylinin “Ər və arvad”
operettası əsasında “Təzə gəlin”
tamaşaları da teatrsevərlərə
təqdim olunacaq.
Mədəniyyət.- 2015.- 25
fevral.- S. 6.