Xalq artisti Canəli Əkbərov 75 illiyi münasibətilə mükafatlandırılıb

 

Görkəmli xanəndə, Xalq artisti, Prezident təqaüdçüsü, professor Canəli Əkbərov Azərbaycan muğam sənətinin inkişafında xidmətlərinə görə və anadan olmasının 75 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, 1976-cı ildən indiyədək OperaBalet Teatrının solistidir. Xanəndə teatr səhnəsində Məcnun və İbn-Səlam (Ü.Hacıbəyli - "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev - "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov - "Aşıq Qərib") kimi obrazlar yaradıb.

Canəli Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, muğam sənəti kafedrasının müdiridir. 1989-cu ildə respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 4.