Azərbaycan
Konqreslər Bürosu növbəti beynəlxalq
tədbirdə iştirak edib
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) tədbirində iştirak edib.
ICCA-nın ölkəmizin ilk dəfə təmsil olunduğu “Aralıq Dənizi Bölümü üzrə Görüş”ü (Mediterranean Chapter Summit) 19-21 fevral tarixində Maltada keçirilib. Tədbirə Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Senqstşmidt qatılıb.
Görüşdə ICCA Aralıq Dənizi Bölümünə daxil olan türk şirkətləri də iştirak edib ki, bu da iki qardaş ölkə arasında sıx əməkdaşlığın daha da möhkəmlənməsinə imkan verir.
Aralıq Dənizi Bölümü
ICCA-nın üzvlərinin eyni coğrafi ərazidə birgə işləməsi
üçün şəraitin
yaradılması məqsədilə qurulan
bölümlərindən biridir. Buraya Aralıq dənizi regionu
üzrə qeydiyyatdan keçən təşkilatlar
aiddir. Azərbaycan bu
bölümə bu yaxınlarda üzv olub. Bölümün qarşısında duran əsas
vəzifə üzvlər arasında daha
yaxşı əlaqə və biznes
mübadiləsi mühiti yaratmaq
və eyni zamanda regionun görüş və
konfranslara ev sahibliyi etmə potensialını gücləndirmək
və onun üzvlərinin biliklərini
artırmaqdır.
Mədəniyyət.- 2015.-25 fevral.
S. 2.