“Əsrin faciəsi”
Fevralın 24-də Məmməd Səid Ordubadinin xatirə muzeyi Dövlət Din Tarixi Muzeyi ilə birlikdə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı tədbir keçirib. Muzeyin elmi işçisi İradə Vəliyeva, bələdçi Nərmin Baxşıyeva çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayət və əsrin faciəsi olduğunu bildiriblər.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin Xocalı qurbanlarının xatirəsinə həsr edilən musiqili kompozisiyası təqdim olunub. Şagirdlər “Bayatı-Şiraz”, “Şahnaz”, “Şüştər” muğamlarını və digər musiqi parçalarını ifa ediblər.
Sonda M.S.Ordubadinin xatirə muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə Bülbül adına orta ixtisas musiqi məktəbinin kollektivinə təşəkkürünü bildirib.
Lalə
Mədəniyyət.- 2015.- 25
fevral.- S. 5.