Türk dünyasının media təmsilçiləri TÜRKSOY-da

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2015-ci ili Türkiyənin tanınmış dramaturqu, yazıçı və jurnalist Haldun Tanerin (1915-1986) anadan olmasının 100 illiyi münasibətilə “Haldun Taner ilielan edib.

 

AnkaradaHaldun Taner ilinin açılışı münasibətilə təşkil edilən tədbirlərə türk dünyasının media nümayəndələri də dəvət olunub. Türkiyə Cümhuriyyəti Baş Nazirliyinin İctimai Diplomatiya Koordinatorluğu DepartamentiTÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycan da daxil olmaqla 10 ölkədən gəlmiş 18 media nümayəndəsi üçünTürk dünyası müxbir heyəti proqramı” tərtib edilib.

Fevralın 23-də media nümayəndələri Ankarada Türkiyə Cümhuriyyəti Baş Nazirliyinin İctimai Diplomatiya Koordinatorluğu Departamentinin baş direktorubaş nazirin müşaviri Cəmaləddin Haşimi ilə görüşüblər. Media mənsubları “Xaricdə yaşayan türklər və qohum topluluqlarqurumunda olublar. Qurumun rəhbəri Qüdrət Bülbül əsas fəaliyyət prioritetlərini açıqlamaqla yanaşı, son illər həyata keçirdikləri yeni layihələrdən danışıb, türkdilli ölkələrdə həyata keçirdikləri təhsil təqaüdləri proqramı haqqında məlumat verib.

TÜRKSOY-un mənzil-qərargahında keçirilən görüşdə media nümayəndələri baş katib Düsen Kaseinovun təklifi ilə təşkilat haqqında fikirlərini bölüşüb, təkliflər irəli sürüblər. Sonra qurum haqqında film nümayiş etdirilib. Baş katib Düsen Kaseinov TÜRKSOY-un həyata keçirdiyi yeni layihələrdən söz açıb.

Fevralın 24-də media nümayəndələri Türk İşbirliyiKoordinasiya Agentliyində (TİKA), Türkiyə Radio və Televiziyasında (TRT), Xarici İşlər Nazirliyində görüşlər keçiriblər, Türkiyənin bölgədə apardığı siyasət və reallaşdırdığı layihələr haqqında məlumat əldə ediblər.

Axşam Ankara Opera Teatrında TÜRKSOY-unHaldun Taner ilinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik, türk respublikalarının nümayəndələri qatılıblar.

Tədbir çərçivəsində ənənəvi olaraq türk mədəniyyət və sənətinin yaşadılmasına töhfə verən media nümayəndələrinə TÜRKSOY-un mükafatları təqdim edilib.

Azərbaycandan mükafata Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin redaktoru Zərnişan Turan, “Mədəniyyət” qəzetinin yazarı Mehparə Sultanova və “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov layiq görülüblər (Mərasim barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik).

Fevralın 25-də türk dünyası media nümayəndələrindən ibarət heyət Kapadokyaya yola düşəcək. Proqram çərçivəsində daha sonra Malatyaİstanbula səfər nəzərdə tutulub.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 16.