Dəhşətin anları kətan üzərində

 

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Sumqayıtın Tarixi Muzeyində sərgi təşkil edilib. Sənədlərin, fotoşəkillərin, kitabların yer aldığı sərgiyə sumqayıtlı rəssam İntiqam Ağayevin kətan üzərində yağlı boya ilə işlədiyi rəsmləri bitkinlik gətirib.

Müharibə iştirakçısı kimi şahidi olduğu hadisələri tablolara köçürən İntiqam Ağayevin “Dəhşətli gecə”, “Qoruya bilmədim, bağışla...”, “Mələk” və digər əsərləri Xocalı faciəsinin ağrı-acısını özündə yaşadır.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 13.