Muzey və məktəbin anım tədbiri
Fevralın 25-də M.S.Ordubadinin xatirə muzeyi Xətai rayonu 27 saylı tam orta məktəblə birlikdə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva və məktəbin direktoru Cəmilə Ramazanova Xocalı soyqırımı haqqında danışıblar.
Məktəblilər soyqırımına həsr olunmuş əbədi-bədii kompozisiya ilə çıxış ediblər. Anım tədbiri Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək rəhbərləri Sevda Qasımova və Nurtən Behbudovanın çıxışları ilə davam edib, iştirakçılar məktəbin akt zalında Xocalı soyqırımına həsr olunmuş guşə ilə tanış olublar.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 11.