“Yol”
filmi Tehran
festivalında
İranın
paytaxtı Tehranda Ruyesh
beynəlxalq qısametrajlı film
festivalı keçirilir. Festivalda ölkəmizi gənc rejissor Fehruz Şamıyevin “Yol” filmi təmsil
edir.
Bu barədə qəzetimizə
məlumat verən rejissor bildirib ki, festivalda iştirak edən filmlər üç əsas - beynəlxalq, yerli və müsəlman
ölkələri proqramında
yarışır. “Yol” filmi isə
10 ekran əsərinin
iştirak etdiyi “müsəlman ölkələri”
proqramında yer alıb. Film “Cinema Azadi” kino mərkəzində
nümayiş olunub.
Qeyd edək
ki, festival çərçivəsində
kino xadimlərinin ustad dərsləri də keçirilib. Bağlanış mərasimi və qaliblərin mükafatlandırılması
fevralın 27-də olacaq.
Qeyd edək
ki, “Yol” filmi yazıçı-dramaturq
Elçin Hüseynbəylinin
“Gözlərimə gün
düşür” hekayəsinin
motivləri əsasında
çəkilib. Ekran əsəri Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi “Bu
meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən
biri kimi “Cinema” Gənc Kinematoqrafçılar
Mərkəzi və
"Öz" prodakşn
tərəfindən lentə
alınıb.
Süjet xəttinə gəlincə,
Qarabağda doğulmuş,
uzun müddət Bakıda yaşayan
professor ölüm ayağında
doğulduğu kəndə
gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış
sahəni keçərək
öz kəndinə gəlir. Amma burda ermənilər tərəfindən əsir
götürülür və
hadisələrin ən
maraqlı anları bundan sonra başlayır...
Qısametrajlı filmin ssenari müəllifləri Fehruz
Şamıyev, Elçin
Hüseynbəyli, operatoru
Rəşad Nuriyev, bəstəkarı Firudin Allahverdidir.
Mədəniyyət.- 2015.-27 fevral.- S. 11.