Azərbaycan da, Misir ana vətənimizdir

 

Misirin İsgəndəriyyə şəhərində yaşayan Şendilər ailəsi ilə ilk tanışlığımız ötən ilin dekabrında Şarm Əl-Şeyx şəhərində olmuşdu. Doğrudur, hələ Misirə yola düşməzdən əvvəl press-turunda iştirak edən jurnalist heyətiniEgAz tours” şirkətinin rəhbəri, azərbaycanlı Tovuz xanımın qarşılayacağından xəbərdar idim. Səfər zamanı soydaşımızın misirli həyat yoldaşı ilə birgə həm biznes fəaliyyəti, həm diaspor çalışmaları barədə ətraflı məlumat aldım. Şarm Əl-Şeyxə zəngin təəssüratlı səfərdən sonra Tovuz xanım həyat yoldaşı Əmr Şendi ilə Bakıda təkrar görüşdük.

 

Onların tanışlıqları da Bakıda baş tutub. On il əvvəl biznes qurmaq məqsədilə Misirdən Bakıya gələn Əmr Şendi burada gələcək həyat yoldaşını tapıb: “Azərbaycana 2005-ci ildə gəldim burada öz biznesimə başlamaq istəyirdim. Tovuzla ilk dəfə Misir səfirliyində qarşılaşdıq. Həmin vaxt o, ərəb dilini öyrənir, ərəb ölkələrinə maraq göstərirdi. O mənə işlərimi qurmaqda kömək etdi. Beləliklə, aramızdakı dost münasibətlər yavaş-yavaş sevgi münasibətlərinə çevrildi. Tovuz xanım bu gün bütün işlərimdə yardımçıdır. Əlbəttə, ailə qurmazdan öncə bu barədə öz valideynlərimizin razılığını, xeyir-dualarını aldıq”.

Tovuz xanım isə deyir ki, ailə qurduqdan sonra biznesə sıfırdan başlayıblar: “Valideynlərimizin iştirakı ilə həm Bakıda, həm Misirdə toy etdik. Yeni həyata başlayanda bir-birimizə söz verdik ki, çətinlikləri birlikdə dəf edəcəyik. Allah səbir edənləri sevir. Doğrudan da, bunun gözəl nəticəsini gördük. Qarşılıqlı anlayış olan yerdə bütün çətinlikləri keçmək mümkündür”.

Özünü həm misirli, həm azərbaycanlı hesab edən bu cütlük bir-birinin adət-ənənəsinə hörmətlə yanaşır: ailədə qarşılıqlı olaraq hər iki xalqın bayramları qeyd olunur, milli mətbəx nümunələri hazırlanır. İmkan olan kimi Azərbaycana gəlirlər.

Hazırda İsgəndəriyyə şəhərində yaşayan Şendilər ailəsinin Şahenda Nuray adlı iki qız övlad var. Əslində, məni ən çox təəccübləndirən bu qızlar olmuşdu. Azərbaycan, ərəb, ingilis dillərində sərbəst danışan qızların ana vətənlərinin tarixi, mədəniyyəti haqqında zəngin məlumata malik olmaları bizi heyrətə saldı. Tovuz xanımın övladları haqqında dedikləri: “Çalışırıq ki, övladlarımız Misiri sevdikləri kimi, Azərbaycana da məhəbbət bəsləsinlər, onun tarixini, mədəniyyətini dərindən mənimsəsinlər. Bu baxımdan isə çox demokratik dəyərlərə söykənirik, bir-birimizin seçimlərinə hörmətlə yanaşırıq. Elə bunun nəticəsidir ki, Şahenda deyir, 50 faiz misirli, 50 faiz azərbaycanlıyam”.

 

"Egaz" jurnalı Azərbaycanı ərəb dünyasında təbliğ edir

 

İndi isə Şendilər ailəsinin diaspor fəaliyyəti barədə söz açmaq istərdim. Hərçənd özləri bu barədə çox təvazökarlıqla danışırlar. 2012-ci ildən bəri ailə Azərbaycanı ən müxtəlif istiqamətlərdə təbliğ edən "Egaz" jurnalını nəşr edir. Nəşrin meydana çıxma zərurətini Tovuz xanımın dilindən eşidək: “Misirdə yaşadığım müddətdə həmişə əcnəbilər belə bir sual verirdi ki, haralısınız? Onların böyük əksəriyyəti Azərbaycanı tanımırdılar. Onda ağlıma belə bir ideya gəldi: şirkətimizin maliyyə imkanları hesabına belə bir jurnal çap edək Əmr mənimlə razılaşdı. Nəşrin fəxri prezidenti Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, təsisçisi Əmr Şendi, baş redaktoru isə mənəm. Məqsədimiz ərəb dünyasına Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, idmanı s. barədə ərəb dilində məlumat verməkdir. Bu jurnalın ərsəyə gəlməsində Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi çox böyükdür. Səfirlik nəşri materiallarla təmin etməkdə bizə köməklik göstərir".

Qeyd edək ki, jurnalda Dağlıq Qarabağla bağlı xüsusi rubrika var. Orada hər dəfə işğal olunmuş bir rayonumuz haqqında məlumat verilir.

Üç aydan bir nəşr edilən jurnal Misirdə yerləşən bütün xarici ölkə səfirliklərinə, təşkilatlara, Qahirə İsgəndəriyyə şəhərlərində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinə digər yerlərə göndərilir. Nəticə özünü göstərir. Tovuz xanım deyir ki, əvvəlki illərdən fərqli olaraq artıq İsgəndəriyyədə Azərbaycan haqqında insanların məlumatı var.

 

Azərbaycan həqiqətlərini faktlarla sübut etmək istəyirik

 

Şendilər ailəsinin ictimai fəaliyyəti təkcə jurnal çap etməklə bitmir. Onlar həm İsgəndəriyyədə yaşayan azərbaycanlıları, o cümlədən təhsil almağa gələn tələbələri tez-tez bir araya gətirirlər. Tovuz xanım bildirir ki, bir vaxtlar İsgəndəriyyədə təhsil alan azərbaycanlı tələbələrin sayı çox idi. Sonra təhsillərini Qahirədə davam etdirdikləri üçün oraya köçdülər: “İsgəndəriyyədə yaşayan soydaşlarımızla yanaşı, Suriyada baş verən iğtişaşlar nəticəsində Misirə köçən azərbaycanlı ailələr bizim ofisdə bir araya gəlirlər. Novruz bayramını da soydaşlarımızla birlikdə keçiririk”.

Azərbaycan sevgisiEgAz tours” şirkətinin ofisində diqqət çəkir: bütün otaqlarda Azərbaycanı xatırladan ya suvenir, ya da şəkillər var: “Əmr rəssamları dəvət edərək ofisin otaqlarına, salonunun divarlarına Atəşgahın, Qız qalasının digər abidələrimizin yağlı boya ilə təsvirlərini çəkdirdi. Həmin vaxtlar məni ofisə qoymurdu deyirdi ki, sürprizim var. Doğrudan da, bu mənim üçün əsl sürpriz oldu. Misirdəki səfirliyimizin dəstəyi ilə ofisdə kitabxana da yaratmışıq orada xüsusi Azərbaycan guşəsi var”.

Əlbəttə, bir əcnəbi vətəndaşın dilindən Azərbaycanı necə sevdiyini eşitmək olduqca qürurvericidir. Misirli Əmr Şendi isə belə bir sevgiyə görə həyat yoldaşı Tovuz xanıma minnətdar olduğunu deyir: “Xanımım Azərbaycanı çox sevir onun təsiri ilə mən bu ölkəni sevməyə başladım, onun tarixini öyrəndim. Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında həqiqətləri yaymağa çalışırıq. Vaxtilə İsgəndəriyyədə hər kəs elə bilirdi ki, Qarabağ Ermənistana məxsusdur. Misirdə yaşayan ermənilər Xocalı ilə bağlı şəkilləri göstərib deyirdilər ki, bu qırğını bizə qarşı azərbaycanlılar törədib. Misirdə ermənilər çoxdur erməni diasporu da güclüdür. Biz isə Azərbaycan həqiqətlərini faktlarla sübut etmək istəyirik. Bu baxımdan Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev çox aktivlik nümayiş etdirir. Bilirsiniz, bizim ailədə söhbət təxminən bu istiqamətdə olur. Mən deyirəm, Azərbaycan mənim ikinci vətənimdir, Tovuz deyir, Misir mənim ikinci vətənimdir. Uşaqlar isə deyir ki, həm Azərbaycan, həm Misir, hər ikisi ana vətənimizdir”.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 10.