Tbilisidə Xocalıya həsr olunmuş elmi konfrans

 

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində fevralın 24-də Tbilisi Beynəlxalq Akademiyasında “Xocalı qətliamı beynəlxalq hüquq kontekstində” adlı elmi konfrans keçirilib. Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) gənclər şöbəsinin və “Borçalı İrəli” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə alimlər, müəllim və tələbələr iştirak ediblər.

Qafqazın GeotarixiGeosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti, professor Quram Marxuliya çıxışında deyib ki, Xocalı faciəsi ermənilərin azərbaycanlılara və bölgədəki digər xalqlara qarşı törətdikləri yeganə vəhşilik deyil. İmperiya qüvvələrinin dəstəyinə arxalanan ermənilər dəfələrlə azərbaycanlılara, türklərə və gürcülərə qarşı qanlı cinayətlər, terror aktları törədiblər. Bunu sübut edən çox ciddi tarixi faktlar var.

AAM-in gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında məlumat verib. Azərbaycan səfirliyinin əməkdaşı Elcan İmamverdiyev, Gürcüstandakı Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, professor Paata Kipiani, siyasətşünas alim Qvenitadze Edişer, lektor Ziya Siçinava faciə ilə bağlı fikirlərini bölüşüb, bu hadisələrin beynəlxalq miqyasda soyqırımı statusu almasının vacibliyini vurğulayıblar.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 10.