İstanbulda işgüzar
turizm sərgisi keçirilir
Fevralın 26-da Türkiyənin İstanbul şəhərində «ACE of MICE 2015» sərgisi işə başlayıb. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu iştirak edəcək.
Beynəlxalq işgüzar
turizm bazarında önəmli yer tutan «ACE of MICE» sərgisində iştirakın əsas
məqsədi Azərbaycanın biznes turizminin təbliğ olunmasının zəruriliyini
və Azərbaycanın biznes turizm bazarı üçün
Türkiyənin mühüm mənbə
olmasını təmin etməkdir. Sərgidə Mədəniyyət
və Turizm Nazirliyini
Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Senqsşmidtin rəhbərlik etdiyi
nümayəndə heyəti təmsil edəcək. “ACE of MICE 2015» sərgisi fevralın 28-dək davam edəcək.
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 9.