Avropa Oyunları ilə əlaqədar mehmanxana işçiləri üçün
təlimlər
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkəmizin turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.
Layihənin uğurlu nəticələri, həmçinin bu ilin iyununda Avropa Oyunlarının keçiriləcəyi və xidmət səviyyəsinin günün tələbi səviyyəsində qurulmasının vacibliyi nəzərə alınaraq 3-10 mart tarixində Mingəçevir şəhərində xidmət sahəsi üzrə təlim-tədris kursları keçiriləcək.
Kurslarda Mingəçevirdəki mehmanxanalarla yanaşı, Gəncə və Naftalan şəhərlərində fəaliyyət göstərən mehmanxana əməkdaşları da iştirak edəcəklər.
Təlim-tədris kurslarında 4 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.
Kursların yekununda dinləyicilərə
sertifikatlar veriləcək. Bu istiqamətdə treninqlər,
regionlarda fəaliyyət
göstərən mehmanxana
və ona bərabər tutulan yerləşdirmə obyektlərində
xidmət səviyyəsinin
yüksəldilməsi turizmin
inkişafına öz
töhfəsini verəcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 9.