Azərbaycanlı
rəssam Sandro Bottiçelli
mükafatına layiq görülüb
Tanınmış azərbaycanlı rəssam Mehriban Əfəndi məşhur italyan fırça ustası Sandro Botiçellinin adını daşıyan mükafata layiq görülüb. “Effetto Arte” jurnalının 2015-ci ilin yanvar nüsxəsində Mehriban Əfəndinin “Gecənin mistikası” adlı əsəri “Sandro Botiçelli” mükafatının laureatı kimi onun haqqında informasiya ilə nəşr edilib.
Rəssam bildirib ki, bu mükafata
2014-cü ildə İtaliya incəsənət
kuratoru Salvatore Russo tərəfindən beynəlxalq fəaliyyətinin
və rəssamlıqda orijinal üslubun yaradıcısı kimi
layiq görülüb.
Mükafat rəssama martın 1-də
İtaliyanın Florensiya şəhərində
Dante muzeyində təqdim olunacaq.
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 8.