Heydər
Əliyev Sarayında anım mərasimi
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Əvvəlcə iştirakçılar soyqırımından bəhs edən kitablardan ibarət sərgi ilə tanış olublar. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev XX əsrin ən dəhşətli və qanlı faciələrindən olan Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diaspor təşkilatlarımızın iştirakı ilə tədbirlər keçirilir, Xocalı soyqırımının dəhşətləri, erməni işğalının nəticələri, tarixi-mədəni abidələrimizin məhv edilməsi dünya ictimaiyyətinə çatdırılır.
Tədbirdə Xocalı sakinləri Nizami Mehtiyev, Gülər Abdullayeva və Mehparə Baxşıyeva çıxış edərək o dəhşətli gecə barədə acı xatirələrini bölüşüblər. Digər çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz bir səhifə olduğunu qeyd edərək Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıblar.
Sonra
soyqırımının dəhşətlərini əks edirən
“Mən Xocalıyam” adlı sənədli film
nümayiş olunub.
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 5.