Xocalı - əsrin
qətliamı
Fevralın 25-də Lənkəran şəhər Mərkəzi kitabxanasında “Xocalı harayı” adlı tədbir təşkil olunub. MKS-nin direktoru Validə Məmmədova, kitabxananın əməkdaşı Nərmin Heydərova qanlı faciənin tarixi barədə danışıblar. İştirakçılar Xocalı soyqırımından bəhs edən kitab sərgisi ilə tanış olublar.
Həmin gün Lənkəran
Uşaq Rəssamlıq Məktəbində
və Dövlət Rəsm Qalereyasında “Xocalı faciəsi
əsrin ən qanlı qətliamıdır”
başlığı altında sərgilər təşkil edilib. Rəssamlıq məktəbinin müəllimi
Şeyda Zeynalova
çıxış edərək Xocalı faciəsi
haqqında məlumat verib. Sonra
iştirakçılar uşaqların rəsmlərinə
baxıblar. Lənkəran Dövlət Rəsm Qalereyası tərəfindən
təşkil olunan sərgidə Xocalı
soyqırımının qanlı səhifələri bədii
əksini tapıb.
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 5.