Gözü yolda Xocalım...”

 

Mədəniyyət və İncəsənət Universitetində anım tədbiri

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səda” tədris teatrında Xocalı qətliamının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

 

Mərasimi açan universitetin rektoru, professor Fərəh Əliyeva Xocalı soyqırımı haqqında danışaraq, bu hadisənin qan yaddaşımıza əbədi həkk olunduğunu bildirib. Qeyd olunub ki, erməni hərbçilərinin Xocalıda törətdiyi soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı vəhşilik aktı, insanlıq əleyhinə cinayətdir.

Mərasimdə Əməkdar artist, dosent Ağalar Bayramov, dosent Gülsabah Quliyevaaktyor sənəti fakültəsinin 2-ci və 3-cü kurs tələbələrinin iştirakı ilə “Gözü yolda Xocalım...” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Kompozisiyanın ssenari müəllifi və rejissoru Əməkdar artist, ADMİU-nun dosenti Mahirə Yaqubovadır.

Kompozisiyada xalq şairləri Qabil, Xəlil Rza, Zəlimxan Yaqub, şairlərdən Çingiz Əlioğlu və Paşa Qəlbinurun şeirlərindən istifadə olunub.

Anım tədbirində universitetin müəllim və tələbə heyəti, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının üzvləri iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 5.