“Sonsuz dəhliz”
Xocalı
acısı litvalı
jurnalistin filmində
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən
“Xocalıya ədalət!”
beynəlxalq təbliğat-təşviqat
kampaniyası çərçivəsində
İtaliyanın paytaxtı
Romadakı “Grand Hotel Plaza”da
“Sonsuz dəhliz” sənədli filminin təqdimatı olub.
Azərbaycanın İtaliyadakı səfirliyinin
və Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə səfir
Vaqif Sadıqov soyqırımının 23-cü ildönümü ərəfəsində
belə bir tədbirin keçirilməsinin
italiyan ictimaiyyətinə
Xocalı həqiqətlərini
çatdırmaq baxımından
önəmini vurğulayıb. Mərasimdə çıxış edən
TEAS-ın direktoru
Lionel Zetter "Xocalıya
ədalət!" beynəlxalq
təbliğat-təşviqat kampaniyası ilə əməkdaşlıq etməkdən
qürur duyduğunu bildirib.
* * *
Fevralın 24-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində
ölkəmizin Fransadakı
səfirliyinin və Avropa-Azərbaycan Cəmiyyətinin
təşkilatçılığı ilə “Sonsuz dəhliz” filminin təqdimatı olub.
Təqdimatda çıxış edən
səfir Elçin Əmirbəyov Xocalı soyqırımının XX əsrin
ən faciəvi hadisələrindən biri
olduğunu, onun Ermənistanın Azərbaycana
qarşı işğalçılıq
müharibəsinin ən
dəhşətli səhifəsi
kimi yaddaşlarda əbədi iz buraxdığını diqqətə
çatdırıb.
Azərbaycan xalqının dərdinə
şərik olduğunu
diqqətə çatdıran
Azərbaycanın Dostları
Assosiasiyasının sədri,
Fransa Milli Assambleyasının deputatı
Jan-Fransua Mansel Qafqaz bölgəsində sülhün bərqərar
olması arzusunu səsləndirib.
* * *
“Xocalıya ədalət!”
beynəlxalq təbliğat-təşviqat
kampaniyası çərçivəsində
İstanbulda “Sonsuz dəhliz” sənədli filminin türk dilinə subtitr tərcümədə nümayişi
və “Müharibə
cinayətinin Xocalı
şahidi. Ermənistan müttəhim kürsüsündə”
kitabının türkcə
hazırlanmış versiyasının
təqdimat mərasimi
keçirilib. Mərasim Avropa
Azərbaycan Cəmiyyətinin
təşkilatçılığı ilə “Zorlu” Mərkəzində gerçəkləşib.
Sənədli film fevralın 24-dən 26-dək
İstanbuldakı bir sıra kinozallarda pulsuz nümayiş olunub.
“Sonsuz dəhliz”
filminin layihəsi litvalı jurnalist, 1992-ci ilin fevralında Xocalıda baş vermiş qətliamın ertəsi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında ərsəyə
gəlib. Filmdə Riçard Lapaitis
o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini uzun illər sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır.
O, Xocalı soyqırımından
sağ çıxanlarla
yenidən görüşür
və ermənilərin
atəşi altındakı
“sonsuz dəhliz”də
özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin
ürək dağlayan
hekayələrini dinləyir.
Filmdə əlli qonşusunun
həyatını xilas
etmiş, lakin həyat yoldaşını
itirmiş və aylarla işgəncələrə
dözməli olduğu
əsirlikdə qalmış
bir musiqiçinin təsirli hekayəsi tamaşaçıların diqqətinə
çatdırılır.
Mədəniyyət.- 2015.- 27 fevral.- S. 5.