Odla suyun birliyi” - Bakı Venesiya

 

YARAT təşkilatı 56-cı Venesiya Biennalesində qazax azərbaycanlı rəssamların birgə işini təqdim edəcək

 

Odla suyun birliyilayihəsi qazax azərbaycanlı rəssamlar Almagül Menlibayeva Rəşad Ələkbərovun gözü ilə təqdim edilən Bakı ilə Venesiyanın tarixi mədəni cəhətdən müqayisə edilməsidir. Sərgidə bu şəhərlərin görüntülərini ekrana gətirən videoçarxla birlikdə heykəl instalyasiya vasitəsilə bu şəhərlərin qarşılıqlı əlaqəsi araşdırılır.

Layihə Venesiyada “Palazzo Barbaroməkanında təqdim olunacaq. Bu tarixi bina vaxtilə orta əsrlərdə Venesiya taciri diplomatı İosafat Barbaronun şəxsi mülkü olub. Bu şəxs XV əsrin sonlarında öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə çox yazıb, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir edib.

YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış Suad Qarayevanın kuratorluğu ilə təşkil olunan bu ekspozisiya 56-cı “la Biennale di Veneziabeynəlxalq incəsənət sərgisində mayın 9-dan noyabrın 22-dək tamaşaçıların üzünə açıq olacaq.

Müasir incəsənət sahəsində yaradıcılıqla məşğul olan Almagül Menlibayeva müxtəlif texnikalarda çalışır, yaradıcılıq dəst-xətti rəngarəng sənət dünyasından, mədəniyyətlərdən keçən sözsüz dialoqlar üzərində qurulub.

Rəşad Ələkbərov beynəlxalq incəsənət aləminin diqqətində olan Azərbaycan rəssamlarından biridir. Onun qurduğu instalyasiyalar duyğusal qavrayışın pozulmasını araşdırır.

Ənənə, tarix, mədəniyyət memarlıq mövzularını əhatə edənOdla suyun birliyilayihəsi ilk neft milyonçularından biri olan Murtuza Muxtarovun mülkündən - 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən qaynaqlanıb. M.Muxtarov bu binanı həyat yoldaşı Liza Tuqanova üçün tikdirmişdi. Sovet işğalından sonra bu tikili dəfələrlə əldən-ələ keçib, başqa-başqa məqsədlər üçün istifadə olunub. HazırdaSəadət sarayıkimi tanınır.

Rəssamlar təqdim etdikləri şou çərçivəsində M.Muxtarovun sarayından bəhs edərək, onun timsalında birlik münaqişə, eşq zorakılıq, dialoq təcavüz kimi geniş mövzuları araşdırırlar.

Odla suyun birliyilayihəsində Bakı Venesiya memarlığında əsrlər boyu özünü büruzə verən mübadilə ziddiyyətlərə müraciət etməklə titrəyişli mədəni birliklərin mürəkkəbliyi araşdırılır. Layihənin internet səhifəsi (www.bakuvenice2015.com) bu sənət əsərlərinin incəliklərini öyrənməyə, onun tarixçəsi barədə məlumat almağa imkan verir.

Təqdimatın özəl kataloqunun mətnləri yazıçı tarixçi Fuad Axundov, kurator Françesko Bonami, incəsənət tarixi, eləcə Şərq musiqisi ədəbiyyatı mütəxəssisi Lalə Kazımova, “Guggenheim UBS Map” layihəsinin Yaxın Şərq üzrə kuratoru Sara Raza, “Tate Liverpool” qalereyasının baş kuratoru Kasya Redjiç “The Art Newspaper” qəzetinin redaktor müavini Ermanno Rivetti kimi müəlliflər tərəfindən yazılıb.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 3.