Faciə qurbanlarının xatirəsi musiqilərlə yad edildi

 

Fevralın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Təhsil NazirliyiBülbül adına orta ixtisas musiqi məktəbi ilə birlikdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş musiqili ədəbi-bədii gecə keçirildi.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Xalq artisti, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru Teymur Göyçayevin rəhbərliyi ilə məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olundu. Şagirdlərin ifasında Hacı Xanməmmədov “Konsert I”, Fərhad Bədəlbəylinin “Ave Maria”, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Şuşam, lay-lay”, xalq mahnısı “Sarı gəlin” və digər musiqi nümunələri ifa edildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 2.