Gənc
Tamaşaçılar Teatrında anım tədbiri
Fevralın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Teatrın foyesində Bakı şəhəri 46 nömrəli məktəbdənkənar tərbiyə mərkəzinin rəsm dərnəyi şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Foyedə Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri İlqar Cəfərov, hərbi jurnalist Seyidağa Mirmövsümov, rejissor Şamil Nəcəfzadə və başqalarının Xocalı faciəsi zamanı çəkdikləri fotolardan ibarət stend də nümayiş olunub.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, gənc aktyor Elnur Kərimov və digər çıxış edənlər o dəhşətli günləri yada salıblar.
Sonra teatrın kiçik səhnəsində rejissor
Şamil Nəcəfzadənin “Müharibə
uşaqları” sənədli filmi göstərilib.
Mədəniyyət.- 2015.- 27
fevral.- S. 2.