“Nabat”
filmi Almaniyada beynəlxalq festivalda
İyulun 29-da Almaniyanın Ştarnberq şəhərində 9-cu “Fünf
Seen” (“Beş göl”)
beynəlxalq müstəqil
film festivalı işə
başlayır. Festivalın müsabiqə proqramına
Azərbaycandan rejissor
Elçin Musaoğlunun
“Nabat” bədii filmi də daxil
edilib. Avqustun 9-dək davam edəcək
festivalda Hindistan, Rusiya, Türkiyə, Kanada və digər ölkələrdən
də filmlər yer alıb. “Nabat” bədii
filmi avqustun 6-da nümayiş olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
2014-cü ildə “Azərbaycanfilm”
kinostudiyasında istehsal
olunan filmin ssenari müəllifləri
Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu
operatoru Əbdülrəhim
Bəşərat, quruluşçu
rəssamı Şahin
Həsənli, bəstəkarı
Hamed Sabet, icraçı prodüseri
Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Fatimə
Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.
Qeyd edək ki, bu
il “Nabat”
filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq
film festivalında təqdim
olunub və üç mükafata layiq görülüb. Bundan əlavə, ekran əsəri Hindistanda
13-cü Pune film festivalında,
İranda 33-cü Fəcr
kinofestivalında mükafatlar
qazanıb.
Mədəniyyət.-2015.- 29 iyul.- S. 2.