Macarıstanda “Gəncə-2016” Avropa Gənclər Paytaxtının təqdimatı

 

Məlum olduğu kimi, Gəncə şəhəri 2016-cı il üçünAvropa Gənclər Paytaxtı” elan olunub. Bununla bağlı qitənin müxtəlif ölkələrində təqdimatlar keçirilir.

“Gəncə-2016” Avropa Gənclər Paytaxtının növbəti təqdimatı Macarıstanda keçirilib.

Avropa Komissiyasının “Erasmus plus” proqramı çərçivəsində reallaşanAvropa üçün aktiv gənclərə” (With astive youth for Europa) adlı beynəlxalq layihədə Macarıstan, Rumıniya, Serbiya, Slovakiya, Ukrayna, Albaniya, İtaliya, Kosovo, Litva ilə yanaşı, Azərbaycan gəncləri də iştirak ediblər. Tədbirdə ölkəmizi “Odlar Yurdu” Gənclər İctimai Birliyinin üzvləri təmsil ediblər.

Nyiregyhaza şəhərində keçirilən “Azərbaycan gecəsi”ndə ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunlarından söz açılıb, Azərbaycan mədəniyyətini, mətbəxini əks etdirən təqdimatlar olub, “Gəncə-2016” Avropa Gənclər Paytaxtına dair videoçarx nümayiş etdirilib.

 

Mədəniyyət.-2015.- 29 iyul.- S. 2.