Beynəlxalq festivalın rəngarəng konsert proqramları
Ötən illərdə olduğu kimi, builki Qəbələ musiqi festivalının da proqramı zəngindir. Şəhərdəki Heydər Əliyev Konqres Mərkəzinin kamera musiqisi zalında və açıq səma altında qurulmuş səhnədə keçirilən konsertlərdə festival iştirakçıları rəngarəng ifalar təqdim edirlər.
Motsartın vətənindən
musiqi payı
İyulun 25-də festivalın ilk konsertində Avstriyanın “Vayner Akademiyası” kamera orkestrinin konserti böyük maraqla qarşılanıb. Konsertdə məlumat verilib ki, 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılan orkestr bir sıra beynəlxalq müsabiqələrin mükafatlarını qazanıb.
Martin Heselbökun
dirijorluq etdiyi konsertdə
Avstriya bəstəkarları Yohann Henrix Şmelser
və Volfqanq Amadey
Motsartın, İtaliya bəstəkarları
Govanni Battista Sammartini və Antonio Vivaldinin əsərləri səsləndirilib.
Tanınmış musiqiçilər
Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin
(viola), Martin Hasselbuk (orqan),
Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl Oman (blokfleyta) tamaşaçılara unudulmaz
anlar yaşadıblar.
“Bakı Brass” ansamblı tamaşaçılara
xoş anlar bəxş edib
İyulun 26-da Heydər Əliyev Konqres Mərkəzində
nəfəs alətləri
ifaçılarından ibarət
“Baku Brass” ansamblının konserti olub. Əməkdar
artistlər Sirus Məmmədov (truba), Rövşən Quliyev (truba), Andrey Sabayev (valtorna), Əli Hacıyev (truba), həmçinin Ucal Məmmədxan (zərb) və Kamal Tapdıqov (trombon), Anar Məmmədov (klarnet),
Denis Utkin (bas gitara) və Leyla İbrahimovanın
(vokal) çıxış
etdiyi konsertdə bəstəkarlar E.Morrikone,
G.Mendez, K.K.Davis, G.Holst, G.Gershvin, L.Bricusse, M.Buble, V.A.Motsartın əsərləri
səsləndirilib.
Qeyd edək
ki, “Baku Brass” ansamblı
2005-ci ildə Azərbaycan
Dövlət Filarmoniyasının
solisti, Sirus Məmmədov tərəfindən
yaradılıb. Kollektivin yaradıcılığı çoxistiqamətlidir. “Baku
Brass” ansamblı müxtəlif
səhnələrdə çıxış
edir. Onların ifasından bütün
musiqi həvəskarları
zövq ala bilir.
Klassik əsərlər üç
ölkə vokalçılarının
ifasında
Qəbələdə keçirilən
VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində
iyulun 26-da təqdim olunan daha bir
konsertdə azərbaycanlı
vokalçılar Aytac
Şıxəlizadə (mezzo-soprano), Səddam Novruzbəyov, Taleh Yəhyayev (vokal), özbəkistanlı
Cəbrayıl İdrisov
(vokal), italiyalı Gian Luca Pasolini (tenor) çıxış ediblər.
Onların ifalarını pianoda
Fəqan Həsənli
və Nərgiz Ağayeva müşayiət
edib.
Konsertdə Azərbaycan və Avropa bəstəkarlarından
Ü.Hacıbəyli, F.Lizst,
İ.Quliyev, H.Klosenin,
G.Puççini, F.Legar,
C.Verdi və başqa bəstəkarların
əsərləri musiqisevərlərin
zövqünü oxşayıb.
İtaliya Simfonik Orkestrinin
növbəti konserti
İyulun 26-da festivalın iştirakçısı
olan İtaliya Simfonik Orkestri növbəti konsert proqramı ilə çıxış edib. Azərbaycan Dövlət
Filarmoniyası simfonik
orkestrinin dirijoru, Xalq artisti Rauf
Abdullayevin idarə etdiyi konsertdə bəstəkarlar C.Verdi, L.Bethoven, F.Şopen, P.Sarasaten və S.Rahmaninovun əsərləri
səsləndirilib.
Gecədə İtaliya Simfonik
Orkestri ilə yanaşı, Azərbaycan
musiqiçiləri Nərmin
Nəcəfli (piano), Kamran
Omarlı (violin), Toğrul
Hüseynli (piano), gürcüstanlı
Elisso Bolkvadzenin (piano)
çıxışı da
maraqla qarşılanıb.
Qeyd edək
ki, 30 ildən çoxdur fəaliyyət
göstərən İtaliya
Simfonik Orkestri dünyanın ən möhtəşəm musiqi
kollektivlərindəndir. Orkestrin Qəbələ
festivalında ilk çıxışı
iyulun 25-də təntənəli
açılış mərasimində
olmuşdu.
Azərbaycan, Rusiya və İsrail musiqiçiləri
bir arada
İyulun 27-də Heydər Əliyev Konqres Mərkəzində
Azərbaycan, Rusiya və İsrail musiqiçilərinin konserti
olub.
Kamera zalında keçirilən
konsertdə Qəbələ
festivalının bədii
rəhbəri, Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru,
Xalq artisti Fərhad Bədəlbəyli
(piano), tanınmış musiqiçilər
Nərgiz Kəngərli
(piano), Elvin Nəcəfov (viola), rusiyalı Yevgeniya Antonova (piano), Anastasiya Zivotovskaya (piano), Ülviyyə
Hacıbəyova (piano) və
israilli Janna Qandelman (violin)
iştirak ediblər. Azərbaycan və Avropa bəstəkarlarının-Ü.Hacıbəylinin,
Niyazinin, Q.Qarayevin, A.Məlikovun, F.Bədəlbəylinin,
P.Hindemitin, E.Qrieqin, M.Ravelin və digər bəstəkarların
klassik əsərləri
musiqisevərlərin zövqünü
oxşayıb.
“Barselona və Flamenko” ansamblının möhtəşəm
gecəsi
Həmin gün Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı
parkda quraşdırılan
səhnədə İspaniyanın
“Barselona və Flamenko” ansamblının möhtəşəm konserti
də festivalın ən yaddaqalan hadisələrindən birinə
çevrilib.
Tanınmış xoreoqraf Rafael Amarqonun
rəhbərliyi ilə
yaradılan ansambl tamaşaçılar qarşısında
flamenko sənətini
və yüksək ifaçılıq məharətinin
nümayiş olunduğu
“Opera və Flamenko” və “Qran Qala
Flamenko” tamaşalarını
təqdim edib. Qəbələ səhnəsində qaraçıların çılğınlığı
və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub.
Qeyd edək
ki, bu ansamblın
tamaşaları Barselonada
ən çox baxılanlar sırasındadır. On ildən
çoxdur ki fəaliyyət göstərən
“Barselona və Flamenko” hər il Avropada
və Şimali Amerikada çıxışlar
edir.
Qəbələ VII Beynəlxalq Musiqi Festivalının konsert proqramları iyulun 31-dək
davam edəcək. Musiqi bayramının iştirakçıları
arasında “Moskva virtuozları” kamera orkestri, Xorvatiyadan gitaraçılar qrupu -
“Dubrovnik Guitar Trio”, eləcə də Rusiya, Ukrayna, İsrail və Almaniyadan musiqiçilər, o cümlədən
Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud
və başqaları
var.
Mədəniyyət.-2015.- 29 iyul.- S. 4.