"Mahmud və Məryəm" Nizami Kino Mərkəzində nümayiş olunub

 

Milli kinematoqrafiyaya dəstək aksiyası davam edir

 

Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün "Mahmud və Məryəm" filminin nümayişi keçirilib. Ekran əsəri Azərbaycan və Türkiyə kinematoqrafçıları tərəfindən Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında çəkilib.

Nizami Kino Mərkəzində film nümayişlərinin keçirilməsində əsas məqsəd gənclərə milli kinematoqrafiyaya, yerli ekran əsərlərinə marağın daha da artırılmasıdır.

Aksiyanın sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Həmçinin “ASAN xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.

Növbəti tədbirlərin tarixi və saatı haqqında ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən əldə etmək mümkündür.

 

Mədəniyyət.-2015.- 29 iyul.- S. 5.