Bakı Musiqi
Akademiyasının tələbələri Bolqarıstanda
müsabiqənin qalibi olublar
Azərbaycanlı pianoçular, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov Bolqarıstanın Primorsko şəhərində keçirilən beynəlxalq “World Stage Eurograde-2015” müsabiqəsində birinci yerə layiq görülüblər.
C.Əzizov bildirib ki, müsabiqədə 15 ölkə təmsil olunub. Azərbaycan təmsilçiləri 16-33 yaş qrupunda iştirak ediblər.
Cavid müsabiqədə Friderik Şopenin “Ballada N1” və Tofiq Quliyevin “Qaytağı”, Vüsal isə Ferens Listin “Ballada N2” və Qara Qarayevin “Eskiz” əsərlərini səsləndiriblər.
Onlar həmçinin
Bolqarıstanın müxtəlif şəhərlərində
konsert proqramları ilə
çıxış ediblər.
Mədəniyyət.-2015.- 29 iyul.-
S. 6.