Azərbaycan elmiMilan EXPO 2015” sərgisində

 

Xəbər verdiyimiz kimi, ölkəmiz “Milan EXPO 2015” ümumdünya sərgisində geniş milli pavilyonla təmsil olunur. Dünyanın 145 ölkəsinin qatıldığı beynəlxalq sərgidə ümumi sahəsi 1800 kvadratmetr olan dördmərtəbəli milli pavilyonda Azərbaycanın tarixi və mədəni irsi, zəngin ekoloji potensialı, Azərbaycanın simaları, bölgə mətbəxləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, təbii ehtiyatlara qənaət və digər sahələri özündə əks etdirən sərgi nümunələri nümayiş etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da İtaliyanın ümumdünya sərgisində iştirak edir.

AMEA-dan bildirilib ki, iyulun 21-də sərgi çərçivəsində “The Energy of Azerbaijan's Land” mövzusunda elmi- populyar konfrans keçirilib. Konfransda məruzəçilərdən AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevAzərbaycan neftinin dünəni, bu günü gələcəyi”, Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nazim MəmmədovAzərbaycanda bio nanotexnologiyaların perspektivləri”, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif AbbasovDünyanın yeganə müalicəvi əhəmiyyətli yağı: Naftalan yağımövzusunda məruzələrlə çıxış ediblər. Tədbirdə AMEA Rəyasət Heyəti Aparatının beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva da iştirak edib.

Sərgi çərçivəsində növbəti konfranslar avqustun 26-da, yekun tədbir isə sentyabrın 4-də təşkil olunacaq. Yekun konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadənin akademiyanın 70 illik yubileyinə həsr olunan “Food, Science, Life” mövzusunda təqdimatla çıxış edəcəyi nəzərdə tutulur.

 

Mədəniyyət.-2015.- 29 iyul.- S. 14.