İnsanın təfəkkür tərzi və musiqi zövqü

 

İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir. Dörd min adam arasında aparılmış sorğu dünyanın qanunauyğunluğuquruluşu mexanizmlərinə daha çox diqqət yetirən şəxslərlə insani münasibətləri ən vacib hesab edənlərin zövqləri arasındakı təzadı üzə çıxarıb.

Tədqiqatların nəticələri “PLoS One” jurnalında təqdim edilib.

Kembric Universitetinin psixoloqları istinad nöqtəsi kimi Saymon Baron-Koenin empatiya-sistemləşdirmə nəzəriyyəsini əsas götürüblər. “Facebookun istifadəçilərini çoxsaylı psixoloji testlərdən keçirən alimlər “myPersonality” əlavəsi vasitəsilə dörd min könüllünü tədqiqata cəlb ediblər. Ayrı-ayrı musiqiçilər və onların əsərlərinə gözlənilməz şəxsi bağlılığı minimuma endirmək üçün könüllülərdən 26 janralt-janrda 50 musiqi əsərini dinləmək və qiymətləndirmək xahiş olunub.

Empatiyaya meyilli insanlar yumşaq və sadə musiqinin, o cümlədən soft-rok, kantri, folk, elektronika, europop musiqisinin həvəskarları olublar. Onlara ağır və pank-rok, ağır metal janrı xoş gəlməyib. Sistematiklərin zövqü bunun tam əksi olub. Bu fərqlər ayrı-ayrı üslublar çərçivəsində də davam edib: empatiyaya meyillilər yumşaq və sadə, sistematiklər mürəkkəb və avanqard caza üstünlük veriblər.

Bundan əlavə, empatiya şkalası üzrə yüksək göstəricilərin sahibləri az enerjili musiqini (düşündürücü, kamera melodiyaları), qəmli və melanxolik kompozisiyaları, habelə emosional məzmunlu əsərlərə üstünlük veriblər. Sistematiklərə daha çox enerjili, şən, aqressivintellektual musiqi xoş gəlib.

Psixoloqların gəldiyi nəticənin musiqi biznesi üçün praktik əhəmiyyəti var. Tədqiqatın həmmüəllifi, saksafonçu Devid Qrinberqin fikrincə, “Spotify” və “Apple Musickimi striminq xidmətindən istifadə edənlər üçün musiqi seçən alqoritmlərə çox vəsait sərf olunur. İnsanın koqnitiv tipini bilən bu xidmətlər daha keyfiyyətli melodiyalar tövsiyə edə bilərlər.

 

Mədəniyyət.-2015.- 29 iyul.- S. 15.