“The Business Year” jurnalında mədəniyyət
və turizm nazirinin müsahibəsi dərc olunub
“The Business Year” jurnalının Azərbaycana
həsr olunmuş xüsusi buraxılışında
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin müsahibəsi dərc olunub. Müsahibədə Bakıda keçirilən
I Avropa Oyunlarının
turizmə təsiri, beynəlxalq əməkdaşlıq,
Azərbaycanda inkişaf
etmiş turizm infrastrukturu, turizm sektorunun geniş imkanlarından söhbət
açılır.
Nazir I Avropa Oyunlarının Azərbaycana
turizm axınına yüksək təsir göstərəcəyini bildirib,
ölkəmizin bütün
sahələr üzrə
inkişafında Oyunların
əhəmiyyətindən danışıb. Son illər Bakıda “Four Seasons”, “JW Marriott Absheron”, “Jumeriah Bilgah Beach”, “Fairmont”, “Hilton Baku”, “Kempinski Hotel Badamdar” kimi brend hotellərin
yaradılmasının turizm
sənayesinə beynəlxalq
təcrübə, menecment
sistemi və yüksək standartları
gətirdiyi xüsusi vurğulanıb. Nazirliyin beynəlxalq əməkdaşlıq
münasibətlərindən bəhs edən Əbülfəs Qarayev müxtəlif ölkələr,
eləcə də Birləşmiş Millətlərin
Ümumdünya Turizm Təşkilatı, İslam
Əməkdaşlıq Təşkilatı
kimi qurumlarla əlaqələrin informasiya
mübadiləsi və
beynəlxalq təcrübənin
tətbiqində vacibliyini
qeyd edib.
Müsahibədə “Şahdağ” Turizm Mərkəzinin və “Tufandağ” Qış-Yay Turizm Kompleksinin Azərbaycanda qış turizm infrastrukturunun inkişafında mühüm
rolu diqqətə çatdırılıb.
Nazir bildirib ki, CNN, Euronews və dünyanın digər aparıcı telekanalları vasitəsilə
Azərbaycanın qış
və yay turizm potensialının fəal təbliğatı
aparılır. Həmçinin ölkəmizdə işgüzar turizm, mədəni turizm, sağlamlıq turizmi növlərinin geniş imkanlarının olduğu
vurğulanır.
Mədəniyyət.-2015.- 1 iyul.- S. 2.