Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı
2009-cu
ildən başlayaraq Heydər Əliyev Fondunun və Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Qəbələdə
Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festivallar ölkəmizdə
və onun hüdudlarından kənarda böyük əks-səda
doğurub. Festival konsertlərində görkəmli
musiqiçilər, bədii kollektivlər, solistlər,
dirijorlar iştirak ediblər.
25-31
iyul tarixində Qəbələdə VII Beynəlxalq Musiqi
Festivalının keçirilməsi
planlaşdırılır. Festivalda Rusiya, Ukrayna, İtaliya,
İspaniya, İsrail, Avstriya, Xorvatiya və Almaniyadan dünya
şöhrətli kollektivlər və musiqiçilər -
İtaliya Simfonik Orkestri, "Moskva virtuozları" Kamera
Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı,
"Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio", Andrey
Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr
Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və
başqaları iştirak edəcəklər.
Mədəniyyət.-2015.- 1 iyul.-
S. 2.