Uşaqların rəsm müsabiqəsi başa çatıb
"Bakı-2015" I Avropa
Oyunları ilə bağlı 4-14 yaşlı uşaqlar
arasında keçirilən rəsm müsabiqəsi başa çatıb. Azərbaycan Uşaq Studiyasının təşkilatçılığı
ilə keçirilən müsabiqədə birinci
yeri Zemfira Yusifova, ikinci yeri Aytək Ələsgərova, üçüncü yeri
isə Mənsumə Paşazadə qazanıb. Studiyanın rəhbəri
Mina Vaqifin dəstəyi
ilə həyata keçən layihədə fərqlənən
digər iştirakçılara fəxri fərmanlar təqdim
olunub
Mədəniyyət.-2015.- 1 iyul.-
S. 3.