Memorandum İpək Yolu
boyunca turizmin
inkişafına töhfə verəcək
Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (ÜTT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi ÜTT-nin Madrid şəhərində yerləşən mənzil-qərargahında hər iki qurumun baş katibləri Taleb Rifai və Ramil Həsənov imzalayıblar. Memorandumda tarixi İpək Yolu boyunca turizm əməkdaşlığı da nəzərdə tutulur.
Taleb Rifai
qeyd edib ki, sənəd Ümumdünya
Turizm Təşkilatının türkdilli ölkələrlə əlaqələrini
daha da möhkəmləndirəcək.
Ramil Həsənov öz
növbəsində əlavə edib ki, memorandum ənənəvi
İpək Yolu boyunca
turizmin inkişafına töhfə verəcək.
Mədəniyyət.-2015.- 1 iyul.-
S. 7.