“İpək Yolunda birləşən sənət telləri

 

Qədim Şəki ənənəvi beynəlxalq musiqi festivalına ev sahibliyi edir

 

İyulun 1-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına - “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalına start verilib.

Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalda bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın musiqi kollektivləri iştirak edirlər.

Festivalın ilk konserti XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki Xan sarayının həyətində gerçəkləşib. Burada Yaponiyanın “Kamiqata sumiyoşi kai” ansamblı çıxış edib.

Konsertdə “Kamiqata rakuqo” sənət növü nümayiş etdirilib. “Rakuqo” sənəti Edo dövründə yaranıb və Yaponiyanın ənənəvi incəsənət növüdür. İfaçıların təqdim etdiyiDaikaqura” rəqsi əvvəllər Tanrıya ithaf olunurdu. Yaponlar əkinçiliklə məşğul olan bir xalq kimi bu rəqs vasitəsilə bol məhsula görə Tanrıya şükr edib, arzu-diləklərini bildirirdilər.

Ansamblın üzvlərinin təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şəki Şəhər İcra Hakimiyyətinin adından kollektivə xatirə hədiyyəsi təqdim olunub.

 

Şəki artıq festivallar şəhəri kimi tanınır

 

İyulun 1-də Şəki şəhərindəkiYay teatrı”nda Şəkiİpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi keçirilib.

Mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq zəngin tarixə mədəni irsə malik olan bu şəhərin yenidən qapılarını möhtəşəm musiqi bayramına - “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalına açdığını bildirib.

Qeyd edilib ki, Azərbaycanın qədim mədəniyyət incəsənət mərkəzlərindən biri olan Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün əlverişli məkandır. Artıq Şəki festivallar şəhəri kimi tanınır. Ötən il şəhərdə 4 beynəlxalq festival keçirilib. Bu festivallara 20-yə yaxın xarici ölkədən 200-dən çox iştirakçı qatılıb. Dünya musiqi sənətinin incilərindən ibarət müxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığıİpək Yolufestivalı isə Şəkinin mədəni həyatında böyük bir hadisədir. Festivalın yüksək səviyyədə təşkili xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.

Elxan Usubov əmin olduğunu bildirib ki, ənənəvi musiqi festivalının konsertləri yenə böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək.

 

İdman bayramı musiqi bayramı ilə davam edir

 

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə deyib: “Bu günlərdə biz hamımız çox əlamətdar bir hadisəni - “Bakı-2015” birinci Avropa Oyunlarının parlaq təəssüratlarını yaşayırıq. Sülhün, dostluğun həmrəyliyin tərənnümü olan idman bayramı indi musiqi bayramı - “İpək Yolufestivalı ilə davam edir”.

Qeyd olunub ki, artıq altıncı dəfədir Vətənimizin qədim gözəl diyarı olan Şəkidə keçirilən bu festivalın öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb. Bu illər ərzində biz Şəkinin qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa edildiyinin, yeni konsert məkanlarının tikildiyinin, musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq.

Firəngiz Əlizadə bildirib ki, “İpək Yolumusiqi festivalı hər dəfə yeni ideyalarla zənginləşir. Bu dəfə festivalın əlamətdar məqamı Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı rəqslərinin nümayişi olacaq.

Festivalın açılış mərasimində Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin dirijoru Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.

Türkiyənin Mədəniyyət Turizm Nazirliyi tərəfindən 1988-ci ildə yaradılan bu kollektiv ölkənin sayca dördüncü dövlət simfonik orkestridir. Orkestrin xarici qastrol səfərlərinin coğrafiyası çox genişdir. Kollektiv Almaniya, Yaponiya digər ölkələrdə maraqlı konsert proqramları ilə çıxış edib. Bir çox klassik müasir bəstəkarların əsərlərinin mahir ifaçısıdır.

Orkestrin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

 

Şəki Musiqi Kollecinin müəllim tələbələri ilə görüş

 

Şəkiİpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 2-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Şəki Musiqi Kollecinin müəllim tələbələri ilə görüşüblər.

Bəstəkarlar İttifaqının üzvləri əvvəlcə kollecin tələbələrinin şəhərdəki musiqi məktəblərində təhsil alan şagirdlərin ifalarını dinləyib, tövsiyələrini bildiriblər.

Festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə musiqi bayramı çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, ənənəvi olaraq təşkil olunan bu festival Şəkini dünyaya tanıdır, musiqimizi nümayiş etdirir. O, əvvəlki festivallardan ötən dövr ərzində kollecin tələbələrinin musiqi bacarığının daha da artdığını vurğulayıb.

Görüşün sonunda Firəngiz Əlizadə Bəstəkarlar İttifaqı tərəfindən yeni nəşr olunmuş, Azərbaycan bəstəkarlarının musiqişünaslarının həyat yaradıcılığından bəhs edən kitabçaları kollecə hədiyyə edib.

İyulun 2-də axşam Şəki rayonunun Kiş kəndindəki alban məbədində Polşanın "AcCello Duo" instrumental dueti konsert proqramı təqdim edib.

İyulun 3-4-də isə Yuxarı Karvansaray Yay teatrıazsaylı xalqların - ləzgi, tatar, tat, kürd, Ahıska türkləri, talış, avar, udin, ingiloy, saxur rus icmalarının folklor qruplarının ixtiyarına veriləcək. Ayın 4-də Şəkinin "Zirvə" ansamblı da konsert proqramı ilə çıxış edəcək.

Muğamsevərlər üçün iyulun 5-də Şəki Xan sarayında gənc xanəndə Arzu Əliyevanın solo konserti təşkil olunacaq. Həmin gün axşamYay teatrı”nda festivalın təntənəli bağlanış mərasimi keçiriləcək.

 

Mədəniyyət.-2015.- 3 iyul.- S. 3.