Zərdabinin yurdunda milli mətbuatın yubiley
konfransı
Azərbaycan
milli mətbuatının 140 illiyi ilə əlaqədar iyulun
1-də Zərdabda regional konfrans keçirilib.
17
rayondan yerli qəzetlərin redaktorlarının və rayon
icra hakimiyyətlərinin məsul işçilərinin də
dəvət olunduqları konfransın
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin abidəsini ziyarət edərək
önünə gül dəstələri qoyublar. Sonra milli mətbuatımızın
banisi Həsən bəy Zərdabinin xatirəsi anılıb,
abidəsi önünə gül-çiçək dəstələri
düzülüb. Konfrans iştirakçıları Həsən
bəy Zərdabi muzeyində də olublar.
Heydər
Əliyev Mərkəzində keçirilən konfransda rayon
İcra Hakimiyyətinin başçısı Lütvəli
Babayev qonaqları Zərdabi yurdunda salamlamaqdan məmnunluğunu
bildirib.
Konfransda
çıxış edən Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehdiyev xalqımızın
milli şüurunun oyanmasında, milli birliyin
formalaşmasında böyük xidmətlər göstərən
Azərbaycan mətbuatının tarixindən, müstəqillik
dövründə inkişafı və demokratikləşməsi
istiqamətində görülən işlərdən
danışıb.
Prezident
İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140
illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun
tarixli sərəncamından söz açan Ə.Mehdiyev
bildirib ki, sənədə uyğun olaraq respublikamızda milli
mətbuatımızın yubileyi ilə əlaqədar silsilə
tədbirlər keçiriləcək. Bu silsilədən ilk tədbir
Bakı Dövlət Universitetində keçirildi. Regionlar
üzrə ilk konfrans isə Zərdabi yurdunda təşkil
olunur. Hər iki ünvanın böyük rəmzi mənası
var.
Azərbaycan
Prezidenti İlham Əliyevin ölkəmizdə söz və mətbuat
azadlığının təmin olunması istiqamətində
gördüyü işləri xatırladan Ə.Mehdiyev bunun
davamlı olacağını diqqətə çatdırıb.
Regional
konfransda Mətbuat Şurası idarə heyətinin
üzvü, BDU-nun jurnalistika fakültəsinin dekanı,
professor Şamil Vəliyev “Azərbaycan milli mətbuatı
140: inkişaf yolu və müasir dövrün
çağırışları” mövzusunda məruzə
edib.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,
Milli Məclisin deputatı Jalə Əliyeva bu gün milli mətbuatımıza,
jurnalistlərə göstərilən dövlət
qayğısından bəhs ediblər.
Konfrans
işini məruzə və çıxışlar ətrafında
müzakirələrlə davam etdirib.
Mədəniyyət.-2015.- 3 iyul.-
S. 2.