Muxtar respublikada xalq teatrlarının festivalı başa çatıb
Naxçıvan Muxtar Respublikasında keçirilən xalq teatrlarının festivalı
başa çatıb.
Festivalın son günü Cəlil
Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında Şahbuz
Rayon Xalq Teatrı böyük bəstəkar
və dramaturq Üzeyir Hacıbəylinin
“O olmasın, bu olsun” musiqili komediyasını göstərib.
Tamaşanın rejissoru Ramiz Cəlilov, tərtibatçı
rəssamı Səbuhi
Tarverdiyev, musiqi tərtibatçısı Naxçıvan
Muxtar Respublikasının
Əməkdar mədəniyyət
işçisi Çingiz
Haqverdiyevdir.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və
turizm nazirinin müavini Natəvan Qədimova çıxış
edərək bildirib ki, bölgələrdə
xalq teatrlarının
fəaliyyət göstərməsi
mədəni həyata
göstərilən diqqətin
nəticəsidir. Xalq teatrlarının və dram dərnəklərinin
işinin daha səmərəli təşkilində,
özfəaliyyət kollektivlərinə
istedadlı gənclərin
cəlb edilməsində
belə festivalların
keçirilməsi böyük
əhəmiyyət kəsb
edir.
Festivalda Babək Rayon Xalq Teatrı birinci, Şərur Rayon Xalq Teatrı ikinci, Şahbuz Rayon Xalq Teatrı üçüncü
yerə layiq görülüb. Qaliblərə pul
mükafatları və diplomlar təqdim olunub.
Mədəniyyət.-2015.- 3 iyul.- S.
2.