Mehmanxana və turizm
şirkətlərinə lisenziya verilib
"Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin iyun ayı ərzində aşağıda adları göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib:
"Afra Hotel" (Oğuz şəhəri), “Batabat Nabran" istirahət mərkəzi (Xaçmaz rayonu), "Yenilik" mehmanxanası (Abşeron rayonu, Masazır), "Maestro hotel” (Bakı şəhəri), "Yeni Motel" mehmanxana tipli obyekt (Kürdəmir), "Titanik" mehmanxanası (Bakı), "Şəki Palace" (Şəki şəhəri), "Sakit Göl" istirahət mərkəzi (Şamaxı rayonu), "Ramada Plaza" (Gəncə), "Şah Palace" (Bakı), "Ulduz" mehmanxanası (Xaçmaz).
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 335-ə çatıb.
* * *
İyun ayı ərzində
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmçinin bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya)
verilib. Ötən ay lisenziya almış şirkətlər
bunlardır: "Luxe Travel" MMC, "Kroun
LTD", "Travel Club" MMC və
"Sky Star Travel Company" (Bakı şəhəri).
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət
göstərən turizm
şirkətlərinin sayı
285-ə çatıb.
Mədəniyyət.-2015.- 3 iyul.- S. 3.