Gənc Tamaşaçılar Teatrı
“Xırs quldurbasan”la
bölgələrə gedir
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi-estetik tərbiyəsinin formalaşdırılması məqsədilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək.
Teatrın mətbuat xidmətindən
verilən məlumata görə, yaradıcı heyət Azərbaycan
milli dramaturgiyasının banisi
Mirzə Fətəli Axundzadənin «Hekayəti-xırs-quldurbasan»
tamaşası ilə iyul ayının 4-dən
8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa
rayonlarında çıxış edəcək.
Mədəniyyət.-2015.- 3 iyul.-
S. 4.