Film kimi həyat: aktrisa və şahzadənin üslub ikonası

 

Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli” sərgisində maraqlı eksponatlar nümayiş olunur

 

Xəbər verildiyi kimi, iyunun 12-dən Heydər Əliyev Mərkəzində “Qreys Kelli: şahzadə və üslub ikonası” adlı sərgi nümayiş olunur. Sərgidə şahzadə Qreys Kellinin Monako knyazı III Renye ilə sevgi məktubları, 1955-ci ildə Kann kinofestivalında, eləcə də həmin tədbir çərçivəsində III Renye ilə ilk görüşü zamanı geyindiyi libaslar və maraqlı tarixçəsi olan digər eksponatlar yer alıb.

 

Qreys Kelli Hollivudun məşhur kino ulduzlarından olub. Kənd qızıfilmində yaratdığı obraza görə “Oskar” mükafatına layiq görülüb. İki dəfəQızıl qlobusmükafatını qazanıb. 1955-ci ildə Kann kinofestivalı zamanı Monako knyazı III Renye ilə tanışlığı onun həyatının axarını dəyişdirib. O, knyazla evlənərək kino karyerasına son qoyub. Üç övlad anası olan şahzadə Qreys ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olub.

Ekspozisiyada Qreys Kelliyə məxsus, onun həyatının ayrı-ayrı dönəmlərində müxtəlif hadisələrlə bağlı olan 44 libas, zinət əşyaları, əlcək, şlyapa, eynək çantaları - ümumilikdə 200 eksponat sərgilənir.

Filmlərdə şahzadə obrazı yaradan real həyatda şahzadəyə çevrilməsi ilə kino karyerası bitən Qreysin Hollivud fəaliyyəti ayrıca bölmədə təqdim olunur. Burada onunMoqambo”, “Ali cəmiyyət”, “Oğrunu tutmalı”, “Qu quşu digər filmlərində geyindiyi libaslar çəkiliş prosesi ilə bağlı maraqlı faktlar təqdim edilir. Onun 1955-ci ildə “Oskar” mükafatını aldığı gecə geyindiyi libas da nümayiş olunan eksponatlar sırasındadır. Qeyd edək ki, Qreys Kellinin bu paltarı “Oskar” tarixinin 10 ən yaxşı qadın geyimi siyahısına daxil edilib. Libası 8 dəfə “Oskar” mükafatına layiq görülmüş amerikalı kostyum dizayneri Edit Hed hazırlayıb.

Şahzadənin övladlarını gəzintiyə aparmaq üçün tez-tez istifadə etdiyi “Austin Taxi” avtomobili isə ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim olunur.

Noyabrın 1-dək davam edəcək sərgi qısa müddətdə yerli xarici ziyarətçilərin marağına səbəb olub.

 

Mədəniyyət.-2015.- 3 iyul.- S. 8.