Braziliya qəzetində ölkəmiz haqqında məqalə dərc olunub

 

Braziliyanın nüfuzlu mətbu orqanlarından olanHoje em dia” qəzetində jurnalist İqor Patrik Silvanın “Bakı, Azərbaycanda idman və mədəniyyətin qovuşduğu məkan” adlı məqaləsi dərc olunub. Müəllif öncə Azərbaycan haqqında məlumat verərək ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulayır. O, Azərbaycanın millidini müxtəlifliyi ilə seçilərək AsiyaAvropa arasında körpü rolu oynadığını bildirir.

Bakıda keçirilən birinci Avropa Oyunları barədə söz açan braziliyalı jurnalist Azərbaycanın 2016-cı ildə “Formula 1” yarışları və şahmat üzrə Dünya Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları kimi beynəlxalq tədbirləri keçirməyə hazırlaşdığını da qeyd edir.

Müəllif Azərbaycanın Braziliyadakı səfirliyinin keçirdiyi “Mən Azərbaycan haqqında nə bilirəm” adlı inşa müsabiqəsinin qaliblərindən biri kimi Bakıya səfər edən Ulises Lisbonun ölkəmiz haqqında təəssüratlarını da oxucularla çatdırır.

Yazıda Bakının tariximüasir memarlığından bəhs olunur, bir tərəfdə qədim tarixi özündə əks etdirən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, digər tərəfdə isə ölkənin müasirliyini və inkişafını xarakterizə edən Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, “Alov qüllələri” və şəhərin digər yeni memarlıq nümunələrinin olduğu vurğulanır.

Xarici turistlərin cəlb edilməsi üçün Azərbaycan hökuməti tərəfindən turizm sahəsinə sərmayələrin yatırıldığını vurğulayan müəllif “ şəhər” layihəsi haqqında da məlumat verir.

Məqalədə həmçinin Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir, ölkəmizin zəbt olunmuş ərazilərinə səfər etməməklə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığı diqqətə çatdırılır. Sonda müəllif braziliyalı turistlərin Azərbaycana səyahət etmələri üçün bir sıra məlumatlar verir.

Məqalənin tam mətnini qəzetin internet səhifəsində oxumaq olar:

http://www.hojeemdia.com.br/almanaque/baku-esporte-e-cultura-se-encontram-no-azerbaij-o-1.324979

 

Mədəniyyət.-2015.- 3 iyul.- S. 9.