Misir Mədəniyyət Mərkəzi
əməkdaşlığı genişləndirir
İyunun 30-da Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi İslam Əməkdaşlıq Təşkilatı Jurnalistlər Assosiasiyasının təsisçisi Sona Vəliyeva və Fazil Abbasovla görüşüb. Mədəniyyət Mərkəzindən verilən məlumata görə, assosiasiyanın hədəf və məramları ilə tanış olan Əhməd Sami Elaydi bu təşkilatın İslam dünyası üçün faydalı olacağına əminliyini bildirib. O, Misir jurnalistləri ilə assosiasiya arasında əlaqələrin qurulmasına köməklik göstərəcəyini söyləyib.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı fonunda informasiya mübadiləsi məsələlərinə toxunulub. Bildirilib ki, İslam ölkələrinin əlaqələrinin inkişafında müsəlman jurnalistlərinin həmrəyliyini yaratmaq, qloballaşan dünyada ortaq problemləri birlikdə çözmək hazırkı dövrün vacib tələblərindəndir. Misir Mədəniyyət Mərkəzi yeni yaranmış assosiasiya ilə əlaqələrin qurulmasında maraqlıdır”, deyə o, bildirib. Əhməd Sami Elaydi Misirdə Azərbaycana böyük maraq olduğunu vurğulayaraq özünün azərbaycanşünas alim kimi bir il öncəyə qədər Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisi ilə məşğul olduğunu və 100-dən artıq gəncə Azərbaycan dilini tədris etdiyini söyləyib.
Söhbət zamanı
qarşılıqlı mədəni tədbirlərin
keçirilməsi, Misir Mədəniyyət
Mərkəzinin mətbuat orqanları, təhsil ocaqları ilə
əlaqələr, Qarabağ probleminin ərəb-müsəlman
dünyasına çatdırılması məsələlərinə
də toxunulub.
Mədəniyyət.-2015.- 3 iyul.-
S. 10.