Gi de Mopassan -

 

Həyati sevgi-məhəbbət, aşiq-məşuqustan Fransasının ədəbi “Don Juan”ı...

 

Onun adı dünyanın ədəbi aləmində rəngarəng sevgilər macəraçısı, qadın qəlbi gizlinclərinin carçısı kimi anılır.

Hər şeydə, hər zərrədə ölkəsinin (və hərdən də özünün) mənafeyini güdən ilk baş nazir (habelə Napoleonun məşhur köməkçisi) Taleyran dünyasını dəyişərkən fransızlar “Görəsən, ölüm onun nəyinə gərəkmiş?!.” - demişdisə, Mopassan öləndə qadınlar deyirmiş “Görəsən, Gi de o dünyada da bizdən əl çəkməyəcək?!.”

 

O, anadan olanda (5 avqust 1850) fransızlar öz nəhəng ədiblərilə dünya ədəbiyyatında çoxdan məlum və məşhur idi, seminariyada oxuyarkən tanış olacağı Qustav Flober isə bu məlum-məşhurluğun əyani nağdı sayılırdı. Lakin, sən demə, Fransa ədəbiyyatı o dövr üçün (və hətta sonralarçün!) “müasir kiçik hekayənin banisiini də gözləməkdə imişGi de Mopassan bu ədəbi gözəllik gözləntisinə cavab olaraq doğulacaqmış...

Mopassan uşaqkən bütün həyatını alt-üst edən bir səhnənin şahidi olub. Belə ki, bir azdan onları tamamilə atıb gedəsi atası anasını vəhşicəsinə şillələyib. “Mən elə bildim ki, dünyanın axırıdır. Bu mənzərədə mən həyatın elə bir tərs üzünü görmüş oldum ki, o gündən etibarən onun heç bir yaxşı tərəfi mənimçün artıq yox idi!..”

Amma yox... Həyatın elə maraqlı üzləri də var ki, adama çox çətinlikləri unutdurur. Necə ki, Gi sıldırım qayalar, çoxu həlim, bəziləri kobud balıqçılar, fermerlər, qonum-qonşular arasında bioloji temp, ədəbi-bədii məhəbbət sürətilə böyüyürdü. Balıqçıların ləhcəsində danışa-danışa, eşitdiyi rəvayətləri beyninə, xeyirxahlıq və naqisliklərini də canına çəkə-çəkə böyüyürdü. Ata qadağalarından azad, ana nəvazişlərindən bol Gi ürəyi istəyəndə balıqçılarla dənizə çıxır, başını balıq tutub sərbəst süfrə açan kişi başlarına qoşur, yelkənləri idarə etmək “dərəcə”sinədək yüksəlirdi. 13 yaşındaykən anasının təkidilə getdiyi seminariyadakı ciddi nizam-intizam isə onun ürəyincə olmurbalaca Gi tez-tez qiyamçılıq edir, evə qaçır, təbiətən ziyalı, qeyri-adi mütərəqqi təbiətli olmasıyla bahəm, nevrozdan əziyyət çəkən anası üçün olmazın narahatlıqlar yaradırdı.

Cəmi-cümlətanı 43 il yaşayası bu nəhəngin ömrünü xeyli say və “növ”də xırda-xuruşluqlar izləyib. Məsələn, “yaxşı oğlandır, amma pis yazır”, “əla işçidir, amma yazı-pozusu heç nə!” və s.

Həmin “ammalar çox olacaqmış, amma uzun sürməyəcəkmiş. Ədəbi tənqid 30 yaşı tamam olmamış bu gənc haqdaonun sənətkarlıq detalları kağız üzərindəki həyatdır!”, “Gi de qələmi, sanki qadın qəlbləri üçün yaradılmış xüsusi dirijor çubuğudur”, “Mopassan haqda ən uzun söhbət - lakoniklik!”

Bu deyimi Mopassanın istənilən hekayəsi təsdiqləyə bilər və nədənsə mən müəllifin “Jül əmi”sindən bir parçanı (həm də müəyyən ixtisarla) meydana çəkmək istəyirəm. Özü də belə bir yarımbaşlıq altında: -

 

Hər şey dil-üsluba tabe...

 

“Ailəmiz dolanışığını birtəhər təmin edirdi. Atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı.

Hər şeydə qənaət eləmək anamın canını sıxar və atam vaxtaşırı olaraq ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Belə tənələrdən sonra zavallı atamın düşdüyü vəziyyət mənə dərin iztirab verərdi. Ev təsərrüfatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məcburiyyəti duymayaq. Bacılarım donlarını özləri biçib-tikər, metri on-on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məsləhətləşərdilər.

Bütün bunlara rəğmən, biz hər bazar günü geyinib-keçinib, bəndin üstündə sahil gəzintisinə çıxardıq. Başına silindr, əlinə əlcək, əyninə sürtuk geyən atam bayramlarda xüsusi bəzədilən gəmini xatırladan anamın qoluna girərdi. Lap öndə əl-ələ tutan bacılarım gedərdilər. O sayaq gəzintilər zamanı imkansız valideynlərimin özündənrazı görkəmləri, donuq çöhrələri və təntənəli yerişləri hələ də gözlərim önündədir. Qıçlarını bükmədən bərabər addımlarla irəliləyən bu adamlar qamətlərini elə dik tutardılar ki, deyərdin bəs, hansısa vacib bir işin həlli onların qədd-qamətlərinin şuxluğundan birbaşa asılıdır...”

 

Parlaq sənət, “zalımhəyat talelisi...

 

Yaradıcılığının əsas mövzu hədəfi 1870-ci illər Fransa-Prussiya müharibəsi hesab edilən Henri Rene Albert Gi de Mopassankiçik hekayələr nəhəngiadı ilə bərabər, “altı kiçik roman böyüyü!” deyiminin daşıyıcısıdır.

Müasirləri onunənənəvi Fransa”da bu dərəcədə seçkinlik qəribəliklərinin bir ucunu daanlaşılmazlıqlar ipə-sapa yatmazlıqlar mücəssəməsiQustav de Mopassanın ailəsində dünyaya gəlməsinə bağlayırmışlar. Ailəsindən başqahər şeydə-hər sahədə ustadkimi tanınan Qustav nəhayətdə bu ailəni atıb getmiş Gi qardaşı Hreve ilə anasının himayəsində ağlasığmaz çətinliklər yaşamalı olmuşdu. Xoşbaxtlıqdan, bu ana Ginin gələcək aləmi üçün özül obrazı olub; klassik ədəbiyyat maraqlısı olan bu qadın Mopassanın bioloji həyatına dayaq, psixoloji-filoloji aləminə mayak rolu oynayır. Dözülməz maddi çətinliklərə baxmayaraq, on üç yaşlı Gini seminariya təhsilinə qoyur. Həmin illərdə Gi böyük yazıçı Qustav Floberlə tanış olur bu, onun həyatını, artıq bütün dünyaya bəlli olan böyük dünya ədəbiyyatına qərq edir. Q.Flober onu həyat yaradıcılığının, demək olar, bütün mərhələlərində himayə edir, onun Emil Zolya, İvan Turgenev kimi məşhurlarla yaxınlaşmasını, dünyanın ədəbi aləminəgiriş”ini təmin edir.

1870-ci ildə kolleci bitirib ordu sıralarına qoşulmuş Mopassanqələm kağızadlı sevgili xəyallardan bir an belə yaxa qurtara bilmir o tezliklə özqəlb evi”nə qayıtmalı olur. Başqa heç bir sahəsində bənd ala bilmədiyi bu dünyanı bir xeyli gəzib gəlmiş gənc sonsuz sənət yoluna səyahət mövzulu əsərlərlə, hərdən lirik şeirlərlə başlayır. Realist mövzularda istədiyi məqamları ustalıqla fəth edib, qələmini fantastikaya yönəldincə dahauzaqvuran”lıqlar edir. Ömrünün 30-cu ilinə (1880) şah əsəri olanGonbulşedevri ilə qədəm qoyur.

 

Deyirlər...

 

Məsələn, onunipə-sapayatmaz gəncliyi”ndən tutmuş, qadınlara daha çoxqəlbdənkənarmünasibətlərinə qədər hər qəribəliyinin şahidləri olmuş Emil Zolya ilə Qustav Floberə bir vaxt desəymişlər ki, Mopassanın kitabları sevgidən yazılan romanlardan ən yaxşıları sayılacaq, onlar buna gülərdilər.

...Amma, yəqin, çox məhəbbətlə gülərmişlər!

Müasirləri danışırmışlar ki, onun əsərlərindəki romantik sevgiyə nifrət, istehza, rişxənd bu möhkəm bədənli, “valehedici bığlı unter zabit”in canlı söhbətlərilə müqayisədə son dərəcə yumşaq, ədalətli, mədəni-mərifətlidir. “O, qadınların fantast qismini şüursuz-instinktiv bədən avtodəllalı hesab edirdi”.

Amma ədəbi Mopassandakı qadının həyati Mopassandakına nisbətdə fərqləri az deyil. Məsələn, Lev Tolstoya görə: “Mopassan kimi qadını həyatın mənası hesab edən, yaşamın mənasını sevgidə görən ikinci yazıçı çətin tapıla”. Lakin Lev Nikolayeviç kimi böyük səbir əfv sahibi belə Mopassan imza-möhürlüsevgi mütəhərrikliyiqarşısında sabitqədəmlik edə bilməyib: “Amma... həyatın ən gözəl, ən ali tərəflərinin təsvirində ən dəhşətli eybəcərlikləri onun qədəraydın dəqiq təsvir etmiş ikinci yazıçı da çətin tapıla...”

Ailəsinin müflisləşdiyinə görə dənizçilik nazirliyində çinovnik kimi çalışmalı olan (və həmin 10 ili “əsl türmə” adlandıran), cibində siçanlar oynaya-oynaya tez-tez Sena çayına yollanıb xəyala dalan, irsi xəstəliklərin qarşısını almaq üçün fiziki sağlamlıq məşqləri edib görkəmcə əsl pəhləvana dönən, atlet bədəni ilə qayıqda gün ərzində 50 mil avar çəkən Mopassan barədə nazirlik arxivində belə bir xasiyyətnamə tapılmışdı: “Yaxşı işçidir, amma pis yazır”...

Hələ gənc ikən bir parisli xanıma vurulan, bu sevgisini nəzmə çəkib həmin xanıma göndərən və axşamtərəfi böyük inam və ümidlə o gözəlin evinə yollanan Mopassan bağçaya yaxınlaşarkən nə görsə yaxşıdır? Həmin xanım gülməkdən ürəyi gedə-gedə həməncə şeiri ətrafındakılara oxuyur!

Mopassan həmin o istehzanı bütün ömrü uzunu bütün qadınlara bağışlaya bilmədi...

Sonralar onuqeyri-adi qələm” hesab edəcək Floberin “məlun zibil yeşiyi”! Bəli, ilk qələm təcrübələrini apardığı o dahi hər dəfə onları oxuyub zibil yeşiyinə atırmış və bu “təltifat”, təxminən səkkiz il belə davam edib. Emil Zolya isə müharibə mövzulu əsərlərdən ibarət (“kollektiv əmək nümunələri” kimi) hərəyə bir əsər yazmaq təklif edəndə Mopassanın çiçəyi çırtlayır; axı o özü əsgər olmuşdu və kifayət qədər süjet külçələri yığmışdı! Bu mövzuda yazdığı ilk əsər o dərəcədə gözəl alınmışdı ki, irad tapmayanda özünü itirən tənqidçilər belə yalnız və yalnız susmuşdular! Bu həmin “Gonbulidi ki, çapının səhəri günü onu məşhurlar məşhuru etmiş, müəllimi Flober o əsəri “şedevr” adlandırmışdı.

Daha nələr? Daha onun novella topluları görünməz tezlik, tələb və maraqlarla çap olunur, o ən varlı müəllifə çevrilir, valehedici məhsuldar yazıçı kimi hallandırılır, salonlar 35 yaşlı bu məşhuru dəvət üstündə mübahisələr edir.

Lakin bu məşhur uzun müddət kübar cəmiyyətinə alışa bilmir, “vaxtımın üçdə ikisini darıxmaqda keçirirəm” - deyə, cəmiyyətə ədalı mesajlar yayırdı.

Və... arasıkəsilməyən başağrıları, əsəb gərginlikləri. İmarətlərindən bezən kimi Parisin dar küçələrindən birində ortabab mebelli mənzillər kirayələmək, sadə sobalar qarşısında, ayı dərisi üstündə uzanıb, fransız ətir şüşələrini bir-birinə döyüb cingildədə-cingildədə kübar məşuqələrinin yolunu gözləmək. Hərdən də “Kitabımı bitirə bilməsəm, özümü öldürəcəm” fikri ilə bütün günü yazı masası arxasından qalxmamaq...

Deyirlər, elə bu cür gərgin rejimi çıxıb Mopassanın axırına. Bioqraflarının hesablamalarına görə, o, tək elə 1885-ci ildə 1500 çap vərəqi həcmində yazı işləyibmiş ki, bu, Balzak, Dikkens və hətta Düma-atanı da kölgədə qoyur. Ömrünün yazı-pozu sonlarında - sürəti tamamilə azalanda isə belə bir etiraf:Bax bu, mənim “Anjelüs” romanımın bir ilə işlədiyim 50 səhifəsidir. Üç aya bu kitabı bitirə bilməsəm, özümü öldürəcəm!”

“Mən ədəbiyyata meteor kimi daxil olmuşam, gedəndə isə ildırım kimi gedəcəyəm!”

Amma başqa cür getdi Mopassan. Xəstəliyi artdıqca ruh düşkünlüyünə qapıldı. O artıq faciəvi sonluqdan başqa heç görmürdü. Qırx yaşında beyin iflici təsirindən öncə allahlıq iddiası, ardınca davamlı qarabasmalar. Günlərin bir günü isə xəbərdarların müdaxiləsi sayəsində baş tutmayan boğazçərtmə cəhdi sonda ruhi xəstəxana taleyi...

 

Tahir Abbaslı

Mədəniyyət.-2015.- 3 iyul.- S. 13.