"Milli mədəniyyətimizin
təməli"
Jurnalistlər
arasında yazı müsabiqəsi
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında "Milli mədəniyyətimizin təməli" adlı məqalə müsabiqəsi keçirilir.
İdarədən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərinin, Bakıətrafı qəsəbələrin milli adət-ənənələrinin, folklorunun, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığının, tarixi abidələrin araşdırılması və təbliği, müvafiq sahədə istedadlı şəxslərin yaradıcılığına dəstək verilməsidir.
Müsabiqəyə iyulun 1-dən noyabrın 15-dək qəzetlərdə dərc edilən məqalələr təqdim olunmalıdır. İştirak üçün yaş məhdudiyyəti yoxdur.
Müəllifin konkret
kütləvi informasiya vasitəsində
çalışması şərtdir. Müəlliflər hər
nominasiya üzrə ikidən artıq məqalə
təqdim edə bilməzlər. Məqalələr Azərbaycan
dilində, həcmi 5 min işarədən
çox olmamalıdır. Qaliblər
"Tarixi abidələr", "Folklor və milli adət-ənənələr"
və "Görkəmli və tarixi
şəxsiyyətlər" üzrə ən yaxşı məqalə
nominasiyalarında mükafatlandırılacaqlar. Məqalələr
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya
və ictimaiyyətlə əlaqələr sektoruna
(əlaqə telefonu: (012) 497-03-55, email: turizm.informasiya@mail.ru)
müəlliflər tərəfindən şəxsən təqdim
olunmalıdır.
Mədəniyyət.-2015.- 3 iyul.-
S. 14.